Yuxarı

Səudiyyə mediası: "Azərbaycan qısa zamanda..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səudiyyə mediası: "Azərbaycan qısa zamanda..."

Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən "Ər-Riyad" qəzetində "Azərbaycan: Mübarizənin, quruculuğun və inkişafın 25 illiyi" sərlövhəli məqalə dərc olunub.

AzərTac xəbər verir ki, qəzetin beynəlxalq əlaqələr departamentinin hazırladığı məqalədə Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümü münasibətilə Bakıdakı Heydər Əliyev Mərkəzində rəsmi qəbulun təşkil edilməsi və tədbirdə Prezident İlham Əliyevin iştirakı barədə məlumat verilir, Azərbaycanın müsəlman Şərqində ilk demokratik respublika olduğu vurğulanır.

Məqalədə Prezident İlham Əliyevə istinadən Azərbaycanda siyasi sabitliyin və təhlükəsizliyin hökm sürdüyü, ölkə ərazisinin 20 faizinin işğal olunmasının iqtisadi inkişafa zərər vurduğu diqqətə çatdırılır.

Məqalədə Ermənistanın silahlı bölmələri tərəfindən torpaqlarımızın bir hissəsinin işğal olunduğu, buna baxmayaraq Azərbaycanın qısa zaman ərzində qüdrətli dövlətə çevrildiyi qeyd edilir. Son illərdə Azərbaycanda bir sıra beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi vurğulanan yazıda Azərbaycanın dünya turizm xəritəsində öz yerini tutduğu diqqətə çatdırılır.

Tarix
2016.10.19 / 21:04
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla