Yuxarı

Türkiyədə Bakıya qarşı kampaniya - Nə baş verib?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə Bakıya qarşı kampaniya - Nə baş verib?

İsrailin baş naziri Benyamin Netanyahunun BMT-də çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalı tərk etməməsi Türkiyə mediasında mahiyyəti təhrif olunmuş formada təqdim edilir.

- “BMT-də diqqətçəkən görüntü: hər kəs çıxdı, Azərbaycan qaldı”;

- “Heyətlər bir-bir çıxdı, yalnız Azərbaycan təmsilçisi Netanyahunu dinlədi”;

- “Qardaşımız” dediyimiz Azərbaycan Natenyahunu dinlədi”;

- “Azərbaycan: BMT-də böyük məyusluq yaradan ölkə”.

Türkiyə mediası məsələni “Netanyahunu sanki yalnız azərbaycanlı diplomat dinləyib” formasında göstərsə də, zalda Qazaxıstan da daxil olmaqla 40-a yaxın ölkənin təmsilçisi olub. Buna rəğmən, Azərbaycanın üzərinə fokuslanmaları təsadüfi deyil. Çünki Türkiyədə İsrail-Fələstin məsələsindən Bakıya qarşı istifadə etməyə çalışanlar var və həmişə olduğu kimi, bu dəfə də media resurslarında, sosial media platformalarında anti-Azərbaycan kampaniyası aparırlar.

Azərbaycan diplomatının zalı tərk edib-etməməsi, ümumiyyətlə BMT-də kimi dinləməsi və İsraillə olan münasibətlər rəsmi Bakının daxili məsələsidir. Türkiyə mediasında bunu Azərbaycana qarşı kampaniyaya çevirmək cəhdi isə Bakı-Ankara xəttində çatların yaranmasına, iki ölkənin ictimai rəyini manipulyasiya etməyə hesablanmış addımdır. Bu da ən çox İsrailin və İranın marağına uyğun gəlir.

Türkiyədə Azərbaycana qarşı hər fürsətdə eyni iddialarla kampaniya aparan, bununla Bakı-Ankara münasibətlərinin pozulmasına çalışanlarla bağlı şübhəli sual önə çıxır: bu qüvvələr həqiqətənmi Fələstin davası aparır, yoxsa İranın və ya İsrailin marağına uyğun hərəkət edirlər?! Bunu müəyyənləşdirmək rəsmi Ankaranın işidir.

Tarix
2026.09.26 / 13:51
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Prezident Bakıda mühüm forumda... - Video

Türkiyədə Azərbaycana qarşı kampaniya... - MM

Forumda sənədlər mübadilə edildi - Foto

Təhsil bir nömrəli prioritetdir - İlham Əliyev

Özünüz yoxlayın, saxta xəbərlərə etibar etməyin!

İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki...

Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır

Bizim regionda geosiyasi vəziyyət dəyişsə...

Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla