Prezindent İlham Əliyev Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə
təsdiq edilmiş "Giriş-çıxış və qeydiyyat" idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə"də
dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti
məlumat yayıb.
Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq, "Əcnəbilər və vətəndaşlığı olmayan
şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış
istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan
mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması
Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanının
4.5-ci bəndinə uyğun olaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel
tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008, № 4, maddə 258, № 12, maddə 1058;
2009, № 2, maddə 75, № 7, maddə 532, № 8, maddə 618, № 10, maddə
776; 2010, № 2, maddə 88, № 7, maddə 610, № 8, maddə 717, № 9,
maddə 770; 2011, № 4, maddə 282, № 10, maddə 891; 2012, № 8, maddə
787; 2013, № 9, maddə 1046, № 11, maddələr 1321, 1339; 2014, № 2,
maddə 122, № 9, maddələr 1027, 1062; 2015, № 2, maddə 121, № 5,
maddələr 521, 543, № 9, maddə 989; 2016, № 2 (II kitab), maddə 228,
№ 3, maddə 470, № 5, maddələr 869, 879; Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 6 sentyabr tarixli 1027 nömrəli Fərmanı)
ilə təsdiq edilmiş "Giriş-çıxış və qeydiyyat" idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə"nin
11.11-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə
əvəz edilsin və aşağıdakı məzmunda 11.12-ci bənd əlavə edilsin:
"11.12. Azərbaycan Respublikasının Vergilər Nazirliyi –
əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu
təsdiq edən sənədlər üzrə, habelə ölkəyə gələn və ölkədən gedən
şəxslərin sərhədkeçmə nəzarəti və qeydiyyatı haqqında
məlumatlar".
***
Prezident İlham Əliyev "Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və
bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan
Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust
tarixli 387 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
fərman imzalayıb.
Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin
Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III
kitab), maddə 610; 2001, № 10, maddə 646; 2002, № 5, maddələr 273,
279, № 7, maddə 413, № 8, maddə 478, № 9, maddə 563; 2003, № 8,
maddə 434; 2004, № 1, maddə 19, № 5, maddə 345; 2005, № 1, maddə
18, № 4, maddə 299, № 9, maddə 799, № 12, maddə 1101; 2006, № 8,
maddə 676, № 11, maddə 935; 2007, № 1, maddə 10, № 3, maddə 223, №
9, maddə 865, № 12, maddə 1247; 2008, № 1, maddələr 7, 10; 2009, №
7, maddələr 531, 534; 2010, № 7, maddə 615; 2011, № 11, maddə 999;
2013, № 5, maddə 509, № 6, maddə 649, № 8, maddə 900; 2014, № 4,
maddə 348, № 6, maddə 625; 2015, № 12, maddələr 1450, 1461; 2016, №
4, maddələr 667, 669) 3-cü hissəsində aşağıdakı dəyişikliklər
edilsin:
1. Beşinci abzasdan "192-1," rəqəmləri çıxarılsın.
2. On beşinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda on altıncı abzas
əlavə edilsin:
"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-1-ci
maddəsində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə - bu işi
başlamış Azərbaycan Respublikasının Vergilər Nazirliyi və ya daxili
işlər (polis) orqanları".
***
Prezident İlham Əliyev "Bədən tərbiyəsi və idman
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli
147 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman
imzalayıb.
Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanına
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8,
maddə 623; 2015, № 8, maddə 909; 2016, № 3, maddə 527, № 7, maddə
1254) aşağıdakı məzmunda 4-cü və 5-ci hissələr əlavə edilsin:
"4. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasında idman mərc
oyunlarının operatorunun məlumatı əsasında, Azərbaycan
Respublikasında idman mərc oyunlarının operatoru ilə müqavilə
bağlamadan fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm
də xarici virtual satıcılarının internet portallarının və
saytlarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün
zəruri tədbirlər görsün.
5. Azərbaycan Respublikasının Daxili İşlər və Vergilər
nazirliklərinə tapşırılsın ki, akkreditasiya olunmadan idman mərc
oyunlarının təşkilinə və ya keçirilməsinə qarşı mübarizədə
fəaliyyətin əlaqələndirilməsini təmin etsinlər, həmin oyunları
qanunsuz təşkil edən və ya keçirən şəxslərin qanunla müəyyən
edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və belə halların
gələcəkdə baş verməməsi üçün tədbirlər görsünlər.".
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və
bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat
versin".