Yuxarı

Müstəqilliyimiz Ər-Riyadda qeyd edildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müstəqilliyimiz Ər-Riyadda qeyd edildi - Foto

Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümü münasibətilə Ər-Riyadda mərasim keçirib.

Axar.az-ın məlumatına görə, mərasimdə ziyalılar, iş adamları, yerli ictimaiyyətin nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz və səfirliyin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Rasim Rzayev Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, XX əsrin sonunda dövlət müstəqilliyimizin yenidən bərpa edilməsi, həmin dövrdə təcavüzkar Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddialarının ortaya çıxması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, bu problemin ölkəmizdə yaratdığı böhran, xalqımızın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı, Ulu Öndərimizin tarixi xilaskarlıq missiyası və möhkəm təməl üzərində qurduğu inkişaf strategiyası, bu uzaqgörən siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində qazanılan nailiyyətlər, ölkəmizdə həyata keçirilən çoxistiqamətli islahatlar və onların yüksək nəticələri barədə danışıb.

Azərbaycanın müasir görkəmini, ölkəmizin müxtəlif regionlarının inkişafını, təbiətimizin gözəlliyini və tariximizə aid nadir nümunələri əks etdirən video-çarxlar iştirakçılarda xoş təəssürat yaradıb.

Mərasim ziyafətlə davam edib.

Tarix
2016.10.30 / 15:33
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla