Yuxarı

İsrailin müdafiə naziri Azərbaycanın dostudur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrailin müdafiə naziri Azərbaycanın dostudur

Bu gün Mossad Azərbaycanın xüsusi xidmət orqanları ilə çox yüksək səviyyədə əməkdaşlıq edir.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin yəhidi əsilli deputatı Yevda Abramov Modern.az-a geniş müsahibəsində deyib. Millət vəkili bildirib ki, İsrail bu gün müttəfiq və dost olduğu ölkələrə özünün təhlükəsizlik xidmətlərini təklif edir.

Yevda Abramov Azərbaycanın yaxın dostu olan şəxslərin israildə yüksək vəzifə tutduğunu da qeyd edib:

"Bu gün Azərbaycanı İsraildə ən yüksək dairələrdə qəbul edirlər. Ən yaxşı dostlarımız İsraildə yüksək vəzifələrdə təmsil olunur. Məsələn, Aviqdor Liberman. Mənim dostum, vaxtilə Knessetin deputatı, sonra Xarici İşlər naziri olmuş Liberman bu gün ən strateji və mühüm post olan müdafiə naziri vəzifəsindədir. Aviqdor Liberman Azərbaycanı çox sevir. O, deputat, xarici işlər naziri olanda dəfələrlə Azərbaycana səfər edib. Cənab Prezident İlham Əliyevlə, parlamentin spikeri Oqtay Əsədovla da görüşüb".

Ermənistanın Rusiyadan aldığı İsgəndər-E raketi ilə bağlı verdiyi açıqlamanı xatırladan deputat bunun düşmən ölkədə böyük rezonans yaratdığını deyib:

"Azərbaycan mediasına açıqlama vermişdim ki, Ermənistanın "İsgəndər-E" raketinə sahib olması hələ heç nəyi dəyişə bilməz. Azərbaycan İsraildən "İsgəndər-E" raketindən də güclü raketlər, komplekslər alacaq. Ermənistanın müdafiə naziri dedi ki, Azərbaycanda yəhudi əsilli deputat bütün Ermənistanı lərzəyə saldı.

Bunu deməyə mənim haqqım var. Çünki İsrailin indiki müdafiə naziri, vaxtı ilə parlamentlərarası dostluq qurupunda işləmiş, keçmiş sovet vətəndaşı, rusdilli yəhudi Aviqdor Libermandır. O, bizim dostumuzdur. Mən İsraildə Libermanla çox sərbəst danışıram. Aramız da açıqdır.

Azərbaycanın apardığı siyasətin özü də ona imkan verir ki, İsrail dövləti ona daha yaxın olsun".

Tarix
2016.10.31 / 11:43
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla