Yuxarı

Ukrayna gömrükçüləri Bakıda - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna gömrükçüləri Bakıda - Foto

Noyabrın 2-də Ukrayna Dövlət Fiskal Xidmətinin sədr müavini, Gömrük Xidməti rəhbərinin səlahiyyətlərini icra edən Miroslav Prodanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Baş Gömrük İdarəsinin yeni inzibati binası və idarənin fəaliyyəti ilə tanış olub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, nümayəndə heyətinə bu ilin mayında istifadəyə verilən Bakı Baş Gömrük İdarəsinin yeni inzibati binasında gömrük işinin səmərəli təşkili, gömrük prosedurlarının və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi, "bir pəncərə" sisteminin tətbiqi üçün lazımi şərait yaradılıb. Yeni binanın istifadəyə verilməsi nəticəsində yüklərin rəsmiləşdirilməsi sürətləndirilməklə yanaşı, xarici iqtisadi fəaliyyət iştirakçılarının da gömrük prosedurlarına sərf etdiyi vaxt minimuma endirilib. Burada "Hədəf" Mərkəzi də fəaliyyət göstərir.

Gömrük əməkdaşlarının iş otaqları, "Hədəf" Mərkəzinin fəaliyyət mexanizmi ilə tanış olan qonaqlar məmnunluqlarını ifadə ediblər.

Tarix
2016.11.02 / 19:57
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla