Yuxarı

DİN-in təşəbbüsü ilə tədbir keçirildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN-in təşəbbüsü ilə tədbir keçirildi - Foto

Daxili İşlər Nazirliyinin birbaşa təşəbbüsü ilə həyata keçirilən narkomaniyaya qarşı maarifləndirmə tədbirlərindən biri Azərbaycan Tibb Universitetində baş tutub.

Adalet.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi, Suraxanı Rayon Polis şöbəsinin məsul işçilərinin də iştirak etdiyi tədbirdə tələbələrə dövrümüzün ən aktual problemlərindən olan narkomaniya bəlasından danışılıb. İlk öncə onu qeyd edək ki, tələbələrin bu mövzuya maraqları olduqca yüksək olduğundan universitetin akt zalı tam dolmuşdu. Maraqlı keçən tədbir zamanı narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən, bu bəladan qorunma yolları, narkomaniyanın insan sağlamlığına vurduğu zərərlər barəsində ətraflı məlumat verilib.

Universitetin prorektoru Sabir Əliyev universitetdə təşkil olunan tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, narkomaniya insan sağlamlığına ciddi ziyan vurur. Onun sözlərinə görə, bu bəlanın yaratdığı problemlərin həlli uzun illər alır. Bəzi hallarda isə proses acı sonluqla nəticələnir.

Tədbirdə çıxış edən Bakı Baş Polis İdarəsinin Narkotiklərə qarşı Mübarizə İdarəsinin rəisi, polis polkovniki Zaur Fətəliyev qeyd edib ki, narkotik kimi zərərli vərdişlər gündəmi narahat edən problemlərdən başlıcasıdır. Polkovnik narkotik aludəçiləri, habelə bununla bağlı cinayət törədənlərə qarşı Bakı Baş Polis İdarəsinin lazımi tədbirlər gördüyünü diqqətə çatdırıb.

Suraxanı rayonu 33-cü polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasov qeyd edib ki, bu kimi tədbirlər Daxili İşlər Nazirliyi rəhbərliyinin birbaşa nəzarəti ilə mütəmadi olaraq həyata keçirilir. T.Abbasov narkomaniyanın yayılmasından danışıb. Bildirib ki, bu gün bir sıra islam ölkəsi dünyanı narkotika ilə təmin edir. O qeyd edib ki, bu ölkələr vasitəsi ilə həyata keçirilən narkoəməliyyatlardan olduqca yüksək gəlir əldə edilir. Bu gəlirlərin böyük hissəsi təbliğata, gənclərin narkomaniya aludəçisinə çevrilməsi prosesinə xərclənir. T.Abbasov onu da bildirdi ki, narkomaniya insan sağlamlığına ciddi ziyan vurur. Bu, nəsilartırma, görmə, zehni geriləmə və s. xəstəliklərin meydana çıxmasına səbəb olur.

Bir sıra ölkələrin narkomaniyaya qarşı həyata keçirdiyi tədbirlərdən danışan T.Abbasov dedi ki. narkomaniyaya qarşı ən yaxşı silah təhsildir. Yaponiya, Danimarka, Almaniya və digər ölkələrin təcrübəsindən danışan T.Abbasov narkomaniya ilə bağlı bir sıra videorolik və şəkilləri təqdim edib.

Tədbirin sonunda narkomaniya ilə bağlı problemlərin ictimailəşdirilməsinin vacibliyinə toxunan T.Abbasov bu kimi hallarla üzləşən tələbələrin Daxili İşlər Nazirliyinin qaynar xəttinə (102) və aidiyyəti polis bölməsinə məlumat verilməsinin zəruriliyini bildirib.

Tədbirdə çıxış edən prorektor Natiq Xəlilov narkomaniyaya qarşı həyata keçirilən işləri yüksək dəyərləndirib. Bildirib ki, Tibb Universitetində belə bir tədbirin keçirilməsi gələcəyin həkimlərinin bu problem barəsində daha geniş məlumat əldə etməsində mühüm rol oynayacaq.

Tarix
2016.11.04 / 19:21
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov yəmənli həmkarı ilə görüşdü

Hikmət Hacıyev Andrea Corao Faria ilə görüşdü - Foto

Prezidentin Türkiyə səfəri ilə bağlı yeni paylaşım - Video

Bayramov Antalyada portuqaliyalı həmkarı ilə görüşdü - Foto

XİN-dən AB-Azərbaycan görüşü barədə açıqlama

İran “geri çəkilmədi”, amma tələbi yerinə yetirdi

İlham Əliyev və Ərdoğan görüşdü

Sülh sazişinin ratifikasiyası üzərində işləyirik - Kostanyan

Yeni regional təhlükəsizlik arxitekturası qurulur - Hacıyev

Türkiyə bizə bu formata qoşulmağı təklif etdi - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla