Yuxarı

Səlim Müslümov yeni rəis təyin etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səlim Müslümov yeni rəis təyin etdi

Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrinə əsasən nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin edilib.

"Axar.az" APA-ya istinadən məlumat verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevin verdiyi xəbərə görə, Dövlət Əmək Müfəttişliyi Xidmətin yeni rəisi vəzifəsinə Fuad Rəhim oğlu Əlizadə təyin olunub.

F. Əlizadə 26 mart 1980-ci ildə anadan olub. Azərbaycan Dillər Universitetinin filologiya (ingilis dili) fakültəsini, Naxçıvan Dövlət Universitetinin pedaqogika nəzəriyyəsi və tarixi fakültəsini, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsini bitirib. 2000-2001-ci illərdə hərbi xidmətdə olub. 2001-2005-ci illərdə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində referent, böyük məsləhətçi vəzifələrində, 2005-ci ilin aprel-iyun aylarında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun aparatının Beynəlxalq əlaqələr və strateji araşdırmalar şöbəsində böyük məsləhətçi, 2005-2013-cü illərdə fondun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamentində audit sektorunun müdiri vəzifələrində işləyib. 14.11.2013-cü il tarixdən bu vaxtadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini vəzifəsində çalışıb.

Prezidentin 8 oktyabr 2012-ci il tarixli 2478 saylı sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Rus və ingilis dillərini bilir. Evlidir, 2 övladı var.

Tarix
2014.03.14 / 11:07
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin ardınca Paşinyan da BƏƏ-yə gedəcək

Azərbaycanda bu deputatlara yeni vəzifə verildi

Avropa Birliyi Azərbaycan və Türkiyəyə şərt qoydu

Azərbaycanın təhvil verdiyi Vaqif evə buraxıldı

Xalq artistinin oğlu döyüldü, daha 2 nəfər saxlanıldı

Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər

İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü, sənəd imzalandı

Rusiyaya sanksiyalar son mərhələdədir - Zelenski

İlham Əliyev BƏƏ-yə getdi - Video

Azərbaycanlı prezidentin oğlundan xalqa ümid mesajı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla