Yuxarı

"Bakı Serbiyanın iqtisadiyyatına təsir edəcək"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bakı Serbiyanın iqtisadiyyatına təsir edəcək"

"AzVirt"in Serbiyada inşa etdiyi yol Azərbaycan şirkəti tərəfindən Avropada icra olunan ilk layihədir.

AzərTac-ın Serbiyaya ezam olunmuş müxbiri xəbər verir ki, bu fikri yolun açılış mərasimində iştirak edən iqtisadiyyat naziri Şahin Mustafayev Belqradda Azərbaycan jurnalistlərinə müsahibəsində deyib.

Layihənin 2012-ci ilin fevralında Azərbaycan və Serbiya hökumətləri arasında imzalanmış saziş əsasında həyata keçirildiyini xatırladan nazir bildirib ki, sazişə əsasən Azərbaycan hökuməti Serbiya hökumətinə 300 milyon avro kredit ayırıb və həmin vəsait hesabına yolun tikintisi həyata keçirilib.

"Kredit dövlət zəmanəti ilə əlverişli şərtlərlə verilib və artıq onun qaytarılmasına başlanılıb", - deyən Şahin Mustafayev bildirib ki, sazişə əsasən podratçı Azərbaycan şirkəti olmalı idi. "AzVirt" baş podratçı kimi layihədə iştirak etdi və nəzərdə tutulan vaxtda onu başa çatdırdı. "AzVirt" şirkəti bu layihəni çox yüksək peşəkarlıqla həyata keçirdi. "Serbiyanın Baş naziri Aleksandr Vuçiç ilə keçirdiyim görüşdə o, şirkətin yüksək peşəkarlığını və iş bacarığını xüsusi vurğuladı", - deyən nazir layihənin yüksək keyfiyyətlə icra olunduğunu və beynəlxalq standartlara cavab verdiyini bildirib. "Bu, həm "AzVirt" şirkəti, həm də bütövlükdə Azərbaycan üçün çox böyük uğurdur. Çünki bu layihə Azərbaycan şirkəti tərəfindən Avropada icra olunan ilk layihədir. "AzVirt" Azərbaycanda tikinti sektorunda ən aparıcı şirkətlərdən biridir. Bu layihəni həyata keçirməklə "AzVirt" sübut etdi ki, Azərbaycan şirkətləri və bu şirkətlərdə çalışan mütəxəssislər çox yüksək peşəkarlığa malikdirlər".

Şahin Mustafayev bildirib ki, Serbiya üçün bu layihənin əhəmiyyəti çox böyükdür. İnşa olunmuş yolun ölkənin iqtisadiyyatına çox böyük təsiri olacaq, Serbiyanın tranzit imkanları genişlənəcək. Layihənin, həmçinin çox böyük sosial əhəmiyyəti də var. Bütövlükdə layihə Azərbaycan-Serbiya əməkdaşlığının inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Bu layihə əməkdaşlığımızın genişlənməsinə mühüm töhfə verəcək.

Tarix
2016.11.09 / 00:27
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla