Yuxarı

Bu da təsadüfi deyildir... - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu da təsadüfi deyildir... - Deputat

Noyabrın 10-da Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində "Tolerantlığın və multikulturalizmin Azərbaycan modeli dünyaya nümunədir" mövzusunda dəyirmi masa keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov çıxış edərək, dünyada tolerantlığın və multikulturalizmin Azərbaycan modelinin böyük rəğbət və təqdirlə qarşılandığını bildirib. Qeyd olunub ki, beynəlxalq tədbirlərdə, konfranslarda beyin mərkəzlərinin nümayəndələri, alimlər, siyasətçilər tərəfindən Azərbaycan bütün dünyaya dözümlülük, tolerantlıq örnəyi kimi göstərilir. Azərbaycandakı tolerantlıq və multikulturalizmin beynəlxalq aləmdə rəğbətlə qarşılanması Qərb mediasında da öz əksini tapır. Avropalı və amerikalı jurnalistlərin müəllifi olduqları yazılarda Azərbaycan mədəniyyətlərarası və dinlərarası tolerantlıq nümunəsi kimi qeyd olunur.

İcra hakimiyyəti başçısının müavini Təranə İsmayılova çıxış edərək bildirib ki, 1990-cı illərin əvvəllərində baş verən hadisələr Azərbaycanda dini və milli tolerantlıq ənənələri üçün ən ciddi sınaq oldu. Həmin dövrdə Azərbaycan ərazisinin 20 faizini işğal edən ermənilər etnik təmizləmə siyasəti həyata keçirərək respublikamızda məcburi köçkün problemi yaratdılar. İnsanların qətlə yetirilməsinə və doğma yurdlarından qovulmasına baxmayaraq, dinc yanaşı yaşamaq prinsipi Azərbaycan cəmiyyətinin səciyyəvi cəhəti olaraq qalıb.

Milli Məclisin deputatı Mixail Zabelin qeyd edib ki, multikultural ənənələr Azərbaycanda tarixən mövcud olub və bu gün də yaşadılır, inkişaf etdirilir. Ulu öndər Heydər Əliyevin xüsusi önəm verdiyi bu siyasət dövlətimizin başçısı İlham Əliyevin fəaliyyətində də mühüm yer tutur.

Deputat Aydın Hüseynov deyib ki, ümumbəşəri xarakterli bu zəngin ideyalar elmi-nəzəri və əməli əhəmiyyətinə görə xüsusi aktuallıq kəsb edir. Bu da təsadüfi deyildir ki, manifest səciyyəli həmin ideyalar dövlətimizin başçısı İlham Əliyevin cari ilin yanvarında imzaladığı "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsi haqqında" Sərəncamında öz dərin və geniş ifadəsini tapmışdır.

Çıxışlarda bildirilib ki, Qaradağ rayonunda müxtəlif millətlərin, azsaylı xalqların nümayəndələri mehriban ailə kimi yaşayıb və yaşamaqda davam edirlər.

Tarix
2016.11.11 / 00:46
Müəllif
Axar.Az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla