Yuxarı

Borclu şəxslərin ölkəni tərk etmələri ilə bağlı dəyişiklik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Borclu şəxslərin ölkəni tərk etmələri ilə bağlı dəyişiklik

Ədliyyə Nazirliyi Kollegiyası "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat"da dəyişikliklər edib.

Axar.az Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu Təlimat məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri üzrə borclunun və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilmiş şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və həmin məhdudlaşdırmanın götürülməsi ilə bağlı qaydaları müəyyən edir.

Dəyişiklik bu sahədə Ədliyyə Nazirliyinin İcra baş idarəsi daxilində bu sahədə prosedurların sürətlə həyata keçirilməsi üçün elektron qaydanın tətbiqi ilə bağlıdır. Başqa sözlə, indiyə qədər borclunun və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilmiş şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və ya bu məhdudlaşdırmanın götürülməsinə dair sənədləri aldıqdan 24 saatdan gec olmayaraq İcra baş idarəsi müvafiq məlumatların düzgünlüyünü yoxlayıb, uyğunsuzluq aşkar etdikdə həmin sənədləri icra qurumuna qaytarıb. İcra qurumu bu pozuntuları təxirə salmadan aradan qaldıraraq onları baş idarəyə göndərib. Uyğunsuzluq aşkar edilmədikdə, borclunun və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilmiş şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və ya məhdudlaşdırmanın götürülməsi barədə məlumatları "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edib və bu barədə icra qurumuna elektron vasitələrdən istifadə etməklə, o cümlədən elektron poçt vasitəsilə məlumat göndərib.

Dəyişikliyə əsasən, bundan sonra borclunun və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilmiş şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, yaxud həmin məhdudiyyətin götürülməsinə dair sənədlər İcra baş idarəsinə daxil olduqdan dərhal sonra rəhbərlik tərəfindən müvafiq dərkənarla elektron qaydada idarənin aidiyyəti işçilərinə göndəriləcək. İcra baş idarəsi daha sonra 24 saatdan gec olmayaraq digər prosedurları yerinə yetirəcək. Yəni müvafiq məlumatların düzgünlüyünü yoxlayacaq, uyğunsuzluq aşkar etdikdə həmin sənədləri icra qurumuna qaytaracaq. İcra qurumu bu pozuntuları təxirə salınmadan aradan qaldıraraq onları baş idarəyə göndərib. Uyğunsuzluq aşkar edilmədikdə borclunun və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilmiş şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və ya məhdudlaşdırmanın götürülməsi barədə məlumatları "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edəcək və bu barədə icra qurumuna elektron vasitələrdən istifadə etməklə, o cümlədən elektron poçt vasitəsilə məlumat göndərəcək.

Tarix
2016.11.11 / 18:41
Müəllif
Axar.Az
Digər xəbərlər

Tiflis körpüsü bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto

XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevin Müstəqillik Günü ilə bağlı paylaşımı - Foto

Əli Nağıyev MDB iclasında iştirak etdi

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla