Yuxarı

Masallının yaşayış məntəqələrində torpaq sürüşməsi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Masallının yaşayış məntəqələrində torpaq sürüşməsi

Son günlər davam edən qeyri-sabit hava şəraiti Masallıda yenidən torpaq sürüşmələrinə yol açıb.

APA-nın cənub bürosunun məlumatına görə, torpaq sürüşmələri əsasən rayonun Güllütəpə və Zuvand kəndlərində müşahidə olunmaqdadır. Bu yaşayış məntəqələrinin ərazisindəki əkin sahələrində qeydə alınan torpaq sürüşmələri yerli sakinlər üçün təhlükəyə çevrilib. Torpaq sürüşməsi Güllütəpə kəndində dörd vətəndaşın pay torpağını əhatə edib. Bu səbəbdən həmin ərazilərdə sakinlər əkin apara bilmirlər.

Burada torpaq qatı təqribən 150 metr uzununa və 50 metr eninə sürüşüb. Sakinlərin sözlərinə görə, onlar mal-heyvanlarını örüşə buraxa bilmirlər.

Masallı Rayon İcra Hakimiyyəti başçısının ərazi nümayəndəsi Əlövsət Muradovun verdiyi məlumata görə, kənddə 60 sot ərazidə dərin yarğanlar əmələ gəlib. Yağıntı düşən kimi sürüşmə aktivləşir. Nümayəndə bildirib ki, rayon mərkəzindən 25 km məsafədə yerləşən Zuvand kəndində isə torpaq sürüşmələri daha çox fərdi evlər üçün təhlükə yaradıb. Burada yaşayış olmayan bir evin divarlarında çatlar əmələ gəlib, digər evlər üçün isə hələlik təhlükə gözlənilmir.

Qeyd edək ki, Masallı rayonunun sözügedən yaşayış məntəqələrində 2008-ci ildə də torpaq sürüşmələri faktı qeydə alınıb.

Tarix
2016.11.11 / 19:33
Müəllif
Axar.Az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla