Yuxarı

Jvaniya və Yusubovun öldürüldüyü təsdiqlənir - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Jvaniya və Yusubovun öldürüldüyü təsdiqlənir - Video

Gürcüstanın tanınmış siyasətçisi Zurab Jvaniya və prezidentin Kvemo Kartli bölgəsinin xüsusi nümayəndəsinin azərbaycanlı müavini Raul Yusubovun, rəsmi versiyalarda göstərildiyi kimi, dəm qazından deyil, kənar müdaxilələrlə öldürüldüyünə dair yeni video paylaşılıb.

"Axar.az" məlumat verir ki, sözügedən çarxda hər iki şəxsin üzərində xüsusi kiçik deşiklər müşahidə edilib. Bu da əvvəlcədən elan edilmiş rəsmi versiyanı alt-üst edib. Qeyd edək ki, Mixail Saakaşvili prezidentlik müddəti başa çatdıqdan sonra "Jvaniya işi"nə görə ona qarşı cinayət işinin açılacağı deyilirdi.

2005-ci ilin fevral ayının 3-də Zurab Jvaniya və Raul Yusubov Tiflisin Saburtalo küçəsindəki evlərdən birində ölü tapılmışdılar. Hadisə yerinə gələn hüquq mühafizə orqanı nümayəndələri ölüm hadisəsinin evdəki qaz sızmasından baş verdiyini açıqlamışdılar. Hətta hadisə yerinə gələn keçmiş Daxili İşlər naziri Vano Merabişili də bu versiyanı təsdiqləmişdi. Lakin bu günə qədər də hadisə ilə bağlı ortada müəyyən müəmanın olduğu söylənilir. Raulun atası Yaşar Yusubov faciənin dəqiq araşdırılması üçün əlindən gələni edəcəyini açıqlayıb.

Tarix
2014.03.20 / 00:19
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla