Yuxarı

Rusiya Jirinovskidən tutmuş Karasinə qədər...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Jirinovskidən tutmuş Karasinə qədər...

Moskvanın qarşısına qoyduğu hədəflər Suriyanın yerlə-yeksan edilməsinə gətirib çıxarır.

Bunu Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşavirinə görə, Rusiya Suriya məsələsində Türkiyə ilə birgə hərəkət etmək barədə söylədiklərində sona qədər səmimi deyil:

“Çünki bu gün Moskvanın əsas niyyəti Türkiyəni özünün ənənəvi müttəfiqlərindən məhrum etməkdir. Rusiya bunun üçün Jirinovskidən tutmuş Karasinə qədər müxtəlif vəzifə sahiblərini işə salıb və çalışırlar ki, Türkiyəni bir növ mehvərindən çıxarsınlar. Bu gün Rusiya Suriyada hadisələrin gedişatını dəyişə bilir. Rusiyanın müəyyən təsir rıçaqları olsa da, Moskvanın qarşısına qoyduğu hədəflər Suriyanın yerlə-yeksan edilməsinə gətirib çıxarır. Düzdür, Moskva bəzi məsələlərdə Ankara üçün də yaşıl işıq yandırıb, məsələn, Suriyanın şimalında Cerablus, Əl Bab istiqamətində türkmanların yaşadığı bölgələrdə müəyyən şərait yaradıb. Bu ərazilərdə kürdlərin təsiri türk ordusu tərəfindən xeyli zəiflədilib. Ancaq məsələnin tamamilə bitdiyini söyləmək çətindir. Çünki İraqda da Kərkük türklərinin problemi var. Türkiyə isə, hələ ki, sözügedən prosesə qarışmaq fikrində deyil. Bu nöqteyi-nəzərdən vəziyyət mürəkkəb olaraq qalır”.

Tarix
2016.12.06 / 08:45
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla