Yuxarı

Böyük Hun imperatoru Atillanın qəbri tapıldı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Böyük Hun imperatoru Atillanın qəbri tapıldı - Foto

Aparılan tikinti işləri zamanı böyük Hun imperatoru Atillanın qəbri tapılıb.

"Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, qəbir Dunay çayının Macarıstanın paytaxtı Budapeşt şəhərindən keçən hissəsində körpü tikintisi zamanı aşkar edilib.

Lorand Eötvös Universitetinin professoru, qəbrin tədqiqatı ilə məşğul olan tarixçi alim Albrext Rümşteyn bu tapıntının inanılmaz bir uğur olduğunu qeyd edir. Onun sözlərinə görə, bu vaxta qədər ancaq qədim hunlara aid olan at skeletləri və müxtəlif qablar tapılıb. Amma bu qəbir digərlərindən daha genişdir və qəbirdə qədim hunlarda Mars ilahəsinin Atilla üçün hazırladığı ilə bağlı əfsanələr dolaşan qılınc da tapılıb. "Müqəddəs müharibə qılıncı" adlandırılan bu qılıncın meteordan hazırlandığı iddia edilir.

Alimlər hesab edir ki, bu qəbrin tapılması macarların kökü ilə bağlı uzun zamandır davam edən mübahisələrə son qoyacaq.

Xatırladaq ki, qədim Roma mənbələrində "Tanrının bəlası" adlandırılan Atilla 434-453-cü illərdə hakimiyyətdə olub.

Tarix
2014.03.27 / 22:00
Müəllif
Tural İbadov
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla