Yuxarı

Rusiya BMT-dəki səsverməyə görə Azərbaycanı cəzalandırır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya BMT-dəki səsverməyə görə Azərbaycanı cəzalandırır

"Ermənistanın Əlibəyliyə hücumu ilə Haaqa görüşü və BMT-də Azərbaycanın Ukraynanın mövqeyini dəstəkləməsi arasında əlaqə olduğunu düşünürəm".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Ərəstun Oruclu deyib.

O, Ermənistan ordusunun Əlibəyli kəndinə hücumunu Azərbaycanın son günlər Rusiyaya qarşı etdiyi çıxışlarla bağlı olduğunu bildirib. "Bunu bir çox tərəfə yozmaq olar. Birincisi, prezidentlərin Haaqa görüşünün nəticəsidir. Bu görüşün nəticələri ilə bağlı heç kim hələ açıqlama verməyib. Amerikalı həmsədr Ceyms Uorlik isə çox pessimist qeydlər edib. Ola bilsin ki, hansısa müstəvidə sərt danışıq olub. Ermənistanın Əlibəyliyə hücumu ilə Haaqa görüşü və BMT-də Azərbaycanın Ukraynanın mövqeyini dəstəkləməsi arasında əlaqə olduğunu düşünürəm. Rusiyanın Azərbaycandan başqa mövqe gözləməsi bir az reallıqdan kənar olardı. Rusiya Azərbaycan, Moldova, Gürcüstan, Ukraynanın ərazilərinə ya birbaşa, ya da ki kimlərinsə əliylə təcavüz edib".

Politoloq Rusiyanın bu tip təcavüzlərinə görə cəzalandırılacağını qeyd edib. "Rusiya leyhinə səs verən ölkələrin əksəriyyəti onsuz da ABŞ-ın təcrid siyasəti çərçivəsindədir. Bu ölkələrin əksəriyyətinə qarşı sanksiyalar indi də tədbiq edilir. Amma ortaya bir sual çıxır: bəs, Rusiya onun əleyhinə səs verən 100 ölkəyə qarşı nə edəcək? Rusiya siyasəti artıq çox sürətlə marginallaşır. O artıq siyasətdən kənara çıxıb, quldur kimi davranır. Onun istəklərinə qarşı çıxan ölkələrə açıq və ya qapalı təcavüz edir. Bax, buna görə Rusiyanın cavabı veriləcək".

Qeyd edək ki, dünən BMT-də Ukraynanın ərazi bütövlüyü ilə əlaqədar məsələ səsverməyə qoyulub. Azərbaycan da daxil olmaqla, 100 ölkə Rusiyanın işğalçılıq siyasətinə qarşı səs verib. Ermənistan isə digər 1o ölkə ilə birlikdə Krımın işğalında Rusiyanı dəstəkləyib.

Tarix
2014.03.28 / 10:30
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla