Yuxarı

Rus səfirin türk dostu: “Bu, bir nəfərin işi deyil”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus səfirin türk dostu: “Bu, bir nəfərin işi deyil”

Sərgi salonu ABŞ səfirliyinə yaxın ərazidə olduğundan, təhlükəsizlik baxımından da qorunan bir yer idi.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Ankarada qətlə yetirilən səfiri Andrey Karlovun yaxın dostu, Bəyazid Universitetinin professor Saleh Yılmaz Avroasiya dayri-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, qətlin arxasında bir neçə dövlət ola bilər:

“3 il əvvəl bura gələndə onunla ilk tanış olan şəxslərdən biri mən idim. Digər rus səfirləri kimi deyildi, çox ünsiyyətcil bir insan idi. Hələbdəki müxalifət qüvvələri ilə danışıqlar aparmağa çalışırdı. Rus səfirinin sərgiyə gələcəyi əvvəldən bilinirdi. Sərgi salonu ABŞ səfirliyinə yaxın ərazidə olduğundan, təhlükəsizlik baxımından da qorunan bir yer idi. O sərgiyə mən də gedəcəkdim. Lakin başqa bir tədbirdə iştirak etdiyimə görə sərgiyə gedə bilmədim.

Qatilin bu qətli planlı təşkil etdiyini söyləmək mümkündür. Təcavüzkar bu hərəkəti tək həyata keçirə bilməzdi. Ona mütləq başqaları kömək edib.

Beynəlxalq güclər dünyanın müxtəlif bölgələrində qarşıdurma yaradırlar. Belə hadisələrin Türkiyədə baş verməsinin səbəbi Türkiyənin Şərq ilə Qərb arasında əhəmiyyətli bir nöqtədə yerləşməsidir. Hədəflərdə müəyyən bir tarazlıq var. Lakin Qərb çalışır ki, Türkiyə ilə Rusiya arasındakı əlaqələri korlasın.

Bu hadisədə bir ölkənin adını çəkmək doğru olmaz. Onsuz da bu hücumu təşkil edənlər elə planlayıblar ki, əsl günahkarı göstərəcək sübut qalmasın. Nəticədə hücumda hansı vasitədən istifadə edilmişsə, cinayət də onun üzərində qalır. Lakin belə deyə bilərik: bu hücumu reallaşdıran təcavüzkarın əlaqəli olduğu təşkilat və ya təşkilatlar demək olar ki, başqa bir ölkəyə işləyə bilər. Ancaq ilk işarələr göstərir ki, bu hadisə xaricdən təşkil edilib, fərdi bir hücum deyil. Çünki bu, plan üzərində hazırlanmış bir hücumdur. Buna görə də bir ölkəni günahlandırmaq doğru olmaz, lakin güclü dəlillər var”.

Tarix
2016.12.21 / 15:53
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

İlham Əliyev Gürcüstan səfirliyində: başsağlığı verdi - Foto

Ruttedən Azərbaycan açıqlaması: Mühüm addım idi...

Azərbaycan üzərindən tranzit... - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla