Yuxarı

İran-Azərbaycan skandalı çözüləcəkmi - Sərhədçilər görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran-Azərbaycan skandalı çözüləcəkmi - Sərhədçilər görüşdü

Azərbaycan və İran sərhədçiləri bu gün iki ölkənin sərhəd-keçid məntəqələrində yaranan problemlərin həlli üçün görüşüblər. Bu barədə Trend-ə İranın Azərbaycandakı Səfirliyindən məlumat veriblər.

Məlumata görə, Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsində baş tutan görüşdə iki ölkə arasında sərhədlərin bağlanması ilə bağlı yaranmış problem müzakirə edilib və müzakirələrdə müsbət nəticələr əldə olunub.

Görüşdə razılaşıblar ki, sərhədçilər sabah da müzakirələri davam etdirsinlər. Problemin yaxın günlərdə həll ediləcəyi vurğulanıb.

Qeyd edək ki, İran Culfa və Biləsuvar sərhəd-keçid məntəqəsini dünəndən bağlayıb. Bu addım Azərbaycanın Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağlamasına cavab olaraq atılıb.

Xatırladaq ki, noyabrın 5-də saat 18:15 radələrində Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunun Dəmirçi kəndi yaxınlığında Araz çayında sahilbərkitmə işləri aparan traktora İran İslam Respublikası ərazisindən 2 nəfər hərbi geyimli şəxs atəş açıb.

Məlumata görə, həmin vaxt sürücü atəşdən yayınmaq məqsədilə özünü traktordan ataraq dambanın arxasına keçib. Ərazidə xidmət aparan sərhədçilər atəş səslərini eşidib hadisə yerinə gəliblər. Hadisə yerinə baxış keçirilib və aidiyyəti üzrə məlumat verilib. İran rəsmiləri bildirir ki, bundan sonra Azərbaycan Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağlayıblar.

Tarix
2013.11.08 / 23:32
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla