Yuxarı

Sürücülərdən nazir oğluna: "Pulumuzu ver!"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürücülərdən nazir oğluna: "Pulumuzu ver!"

"Sonuncu dəfə yanvar ayında əmək haqqı almışıq. Artıq üçüncü aydır ki, maaş üzünə həsrətik. Daha bıçaq sümüyə dirənib".

Bunu "Musavat.com"un əməkdaşına paytaxtdakı marşrut avtobusunun sürücülərindən biri deyib. Adının çəkilməsini istəməyən sürücünün sözlərinə görə, "Transqeyt" MMC-nin rəhbər şəxsləri heç bir ciddi səbəb gətirmədən onların halal haqqını verməkdən imtina edirlər. Hətta bu səbəbdən bir neçə dəfə marşrut avtobuslarının sürücüləri xətdən çıxmaqdan imtina edib aksiya keçirmək niyyətinə də düşüblər. Lakin son anda rəhbərlik müxtəlif vədlər verərək onları fikrindən daşındırıb. Bununla belə sürücülər yaxın vaxtlarda tətilə başlamaqla bağlı müzakirələr aparırlar. Verilən məlumata görə, Bakının əsas marşrut avtobuslarının daxil olduğu şirkətin haqsızlığı artıq son həddə çatıb.

"Ayda 150-200 manat maaş alırıq, onu da bizə çox görürlər. 40, 44, 100 və digər çoxsaylı marşrutların sürücüləri əməlli-başlı istismar olunur. Bizi qul əvəzinə işlədirlər, pulumuzu vermirlər". Sürücülər planın çoxluğundan da şikayətçidir: "Hər gün 104 manat plan verirəm. Üstəlik 20 manat əlavə haqq ödəyirəm. Bunun da üzərinə 70 manatlıq yanacağı, yemək-içmək, siqaret pulu gələndə 200 manatdan artıq eləyir. Biz də 20 qəpiyə işləyən adamıq, nə gecəmiz, nə gündüzümüz var. Buna görədir ki, avtobus qəzalarının sayı çoxalıb. Sürücülər ölüm-dirim yarışına çıxırlar ki, axşam balasının boğazından kəsib planı ödəməsin. Bu yandan da verdikləri cüzi əmək haqqını da kəsiblər. Daha bu cür haqsızlığa dözmək olmur..."

Xatırladaq ki, şirkətin sahibi nəqliyyat nazirinin oğludur. Məsələ ilə bağlı "Transqeyt" MMC-nin mövqeyini dərc etməyə hazırıq.

Tarix
2014.04.10 / 10:40
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla