Yuxarı

“Prezident gəlib Etibar Hüseynovu güllələyəcək?”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Prezident gəlib Etibar Hüseynovu güllələyəcək?”

"Nə edək indi, Etibar Hüseynovu güllələyək, ya asaq? Yoxsa daşqalaq edək?"

Bu sözləri "Axar.az" millət vəkili Aqil Abbas Etibar Hüseynovun qarabağlıları təhqir etməsindən sonra ağdamlıların Prezidentə müraciət etməsi ilə bağlı məsələyə münasibət bildirərkən dedi.

Millət vəkili deyir ki, bu məsələnin mətbuatda tez-tez işıqlandırılması insanları daha da qıcıqlandırır:

"Bu söhbətlərdən Etibar Hüseynova zərər dəymir. Zərər görən insanlardı, qarabağlılardı. Yazılanlar onları daha da qıcıqlandırır. Hər dəqiqədən bir bu mövzunu diqqətdə saxlamaq, mətbuata çıxarmaq lazım deyil".

A.Abbas qeyd edir ki, insan dediyi sözə görə hamıdan üzr istəyibsə, bu məsələ elə həmin an bağlanmalıdır:

"Məndən nə etməyimi gözləyirlər? Gedib Etibar Hüseynovdan şikayət etməliyəm? Sözümü mətbuatda da demişəm, Etibarın özünə də. Bu məsələni gündəmdə saxlamaqla problemi daha da şişirdirlər".

Millət vəkili bu məsələdə E.Hüseynovun deputat kimi toxunulmazlığını da xatırlatdı:

"Etibar Hüseynov millət vəkilidir. Onun bir deputat kimi toxunulmazlığı var. Bu sözü millət vəkili deyib. Səhv deyib və üzr istəyib. Daha nə olmalıdır? Prezidentə müraciət etsək nə olacaq? Prezident gəlib Etibar Hüseynovu güllələyəcək? Əlavə cəzaya ehtiyac varmı bəyəm?".

Qeyd edək ki, millət vəkili E. Hüseynovun verilişlərin birində məcburi köçkünlər barədə səsləndirdiyi fikirlər qarabağlıların hiddətinə səbəb olmuşdu. Təhqir olunduqlarını deyən qarabağlılar millət vəkilinin mandatının alınması və cəzalandırılması ilə bağlı Prezidentə müraciət ünvanlayıblar.

Tarix
2014.04.10 / 12:42
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycanla sıx əlaqələrimiz var - Kobaxidze

Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

İlham Əliyev Sisini təbrik etdi

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Berlində təxribat cəhdi: Hədəf Azərbaycan idi!

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla