Yuxarı

“İbad erməninin təkcə başını kəsməyib..." - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İbad erməninin təkcə başını kəsməyib..." - Video

"İbad Hüseynov Monte Melkonyanın təkcə başını deyil, sağ qolunu da kəsmişdi".

Bu sözləri "Axar.az"a döyüşçü İbad Hüseynovun mətbuat katibi, "Atilla" jurnalının rəhbəri Gülşən Behbud veteranların döyüşçü haqqında şikayətinə cavab olaraq bildirib. Onun sözlərinə görə, uzun illərdir İbad Hüseynovun qəhrəmanlığını danan insanlar onun etdiklərini həzm edə bilmirlər:

"Müharibə görmüş, döyüşlərdə iştirak etmiş bir veteran necə deyə bilər ki, Monte Melkonyan 708-ci briqadanın döyüşçüləri tərəfindən məhv edilib? BMP ilə vurulan başda başlıqmı qalar? Əgər belə olsaydı, Melkonyanın başı bütöv, salamat şəkildə qalmazdı. İbad Melkonyanın təkcə başını deyil, sağ qolunu da kəsib. Bu, faktdır, şahidləri də olanlar da var".

G. Behbud qeyd etdi ki, İ.Hüseynov vətəndən, torpaqdan danışmağa haqqı olanlardan biridir:

"Mən bir şəhid bacısı kimi deyirəm, onu tanıyan, ətrafında olan bütün Qarabağ camaatı İbad Hüseynovun Beyləqan-Xocavənd ərazisində gedən döyüşlərdə göstərdiyi şücaətdən danışır. Onun döyüş yolu təkcə Qarabağ müharibəsindən başlamır. O, 90-cı illərdə Amur vilayətində hərbi xidmətdə olub. 20 Yanvar hadisələri olanda İbad 18 yaşında 2 həftə aclıq aksiyası keçirib. Əsgərlikdən geri qayıdandan sonra isə öz kəndlərinin müdafiəsinə yollanıb, könüllü dəstələrin yaradılmasına başlayıb. Vətən, torpaq sevgisi ilə alışıb yanan bir insan etmədiyi bir şeyi "mən etdim" deməz".

Gülşən xanımın sözlərinə görə, vətən uğrunda canından keçməyə hazır olan biri haqqında mənfi söz demək heç kəsə başucalığı gətirməz:

"Qarabağ müharibəsinin ağrı-acısını yaşamış heç bir döyüşçü İbad Hüseynov haqda artıq-əskik söz danışa bilməz. Kreslo davası, mənəm-mənəmlik vaxtında hər kəs özünü düşünəndə İbad Hüseynov torpağını qoruyurdu. İbadın bir qardaşı Ukraynadakı evini, mülkünü satıb Qarabağ döyüşlərinə yollanıb, şəhid olub. Həmin pulları da ancaq silah almağa xərcləyiblər. Bütün bunları deməmək, görməmək günahdır. İbad Hüseynovdan narazı olanlar düz adamlar deyil. İbad heç vaxt fəxri ad almaq üçün döyüşməyib".

İradlara İbad Hüseynov da öz Feysbuk profilində reaksiya verib. Döyüşçü yazıb:

"Bu əməliyyatlarda mən tək olmamışam, çoxsaylı insanlar olub. Maraqlananları onlarla görüşdürə bilərəm. Yazı yazmaq, özünü reklam etmək asandır... Mən yazı da yazmıram, reklam da etmirəm. Bu gün bizim əsgərlərin dayandığı səngərlər ermənilərin 300 metrliyində dayanır. Amma o zamanlar ermənilərin 10-15 kilometrində dayanırdıq. Mən narazılıqlara baxmayaraq, səngərləri qazdım və geri dönərkən tank əleyhinə minaya düşdüm və sağlamlığımı itirdim. Allah, bu mövzuda yazanların canı ağrısa, heç yazı yazmazlar. Mən döyüşmüşəm, sağlamlığımı itirmişəm. Xalqın gözü tərəzidir".

Qeyd edək ki, Milli Ordunun 708-ci briqadasının keçmiş döyüşcülərinin bir qrupu Azərbaycan ictimaiyyətinə müraciət edib. Onlar iddia edir ki, erməni terrorçu Monte Melkonyanı Milli Ordunun 708-ci briqadasının döyüşçüləri öldürüb.

Veteranlar tələb edir ki, bu ölümü İbad Hüseynovun adına yazmaqla, Azərbaycan Respublikasinin ərazi bütövlüyu uğrunda gedən döyüşlərdə həyatlarını qurban vermiş yoldaşlarının xatirə və xidmətlərinin aşağılanmasının qarşısı alınsın.

Xatırladaq ki, keçmiş 708-ci briqadanın döyüşçülərindən bir qrupunun bu iddiası yeni deyil və vaxtilə onlar dövlət qurumlarına da müraciət etmişdilər. Dövlət qurumları araşdırma apardıqdan sonra MTN sənədlərinə əsasən erməni milli qəhrəmanın İbad Hüseynov tərəfindən öldürüldüyü təsdiqləndi və İbad Hüseynov haqqında "Əsgər" sənədli filmi çəkildi.

Tarix
2014.04.11 / 13:58
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...

Vuçiç İlham Əliyevə zəng etdi

Bakı və İrəvan arasında tezliklə... - Hakan Fidan

İrana hücum Epşteyndən qaçmaq üçün acınacaqlı cəhddir

İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi

Türkiyə Ermənistanla sərhədi açmağa tələsir - Səbəb

Erməni riyakarlığı: xəritəni bu cür saxtalaşdırıblar - Foto

Ceyhun Bayramov Tailanda getdi

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla