Yuxarı

Gərginliyin günahkarı Sərkisyandır - Səfərov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbhə xəttində Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı bir daha onu göstərir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu gərginliyin yaranmasının əsas səbəbidir.

Axar.az xəbər verir ki, bu fikri AzərTac-a açıqlamasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov bildirib.

Bayram Səfərov deyib ki, vəziyyətin gərginləşməsinin qarşısını almaq, status-kvonu dəyişmək üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Cəbhədə gərginliyin yaranmasının günahkarı Serj Sərkisyan hakimiyyətidir.

İcma rəhbəri qeyd edib ki, BMT-nin qətnamələri yerinə yetirilməsə, Azərbaycan Silahlı Qüvvələri Ermənistan qoşunlarının təxribatlarının qarşısını almaq üçün adekvat addımlar atmağa məcbur olacaq.

Xatırladaq ki, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

Qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb.

Tarix
2017.02.27 / 20:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla