Yuxarı

Ermənilər yaydıqları video ilə ifşa olundu - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan mediası fevralın 24-dən 25-nə keçən gecə düşmənin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş zabit və əsgərlərimizin video görüntülərini yayıblar. Düşmən tərəfi informasiya məkanında da təxribata əl ataraq bildirir ki, guya ilk olaraq Azərbaycan tərəfi hücuma keçib və hərbçilərimizin neytral ərazidə olmaları da bunun sübutudur. Lakin elə düşmənin özünün yaydığı videodan bunun ağ yalan olması isbat olunur.

Videomaterialdan açıq şəkildə görünür ki, şəhid olan hərbiçilərimizin üzərlərində heç bir silah-sursat və digər döyüşdə istifadə olunan hərbi avadanlıqlar yoxdur. Ekspertlər bildirirlər ki, adicə bu nüansın özü belə düşmənin yalan informasiya yaymasını sübut edən faktordur.

Məsələ ilə bağlı Musavat.com-a hərbi ekspert Üzeyir Cəfərov danışıb.

Ekspert bildirib ki, ermənilər hədlərini aşaraq, yalan ardınca yalan yayırlar:

“Bu faktın özü də bir daha onu göstərir ki, Azərbaycan əsgərləri və zabitləri orada heç bir diversiya, kəşfiyyat əməliyyatı aparmayıblar. Susmaq yox, erməninin ağzından vurmaq lazımdır. Bizim neytral ərazidə komandir öz səlahiyyətləri çərçivəsində müşahidə aparmaq, bəzi məlumatları əldə etmək məqsədi ilə həmin postu qurub. Biz susuruq, erməni də deyir ki, baxın, diversantlar necə hücuma keçiblər və onları vurmuşuq. Orada heç bir diversant yoxdur. Bizim ön xətdə olan zabit və əsgərlərimiz adi qaydada müşahidələr aparıb, müəyyən qeydlər edib, düşmənin hərəkətlərini izləyib gedirlər.

Videoda geyimi digər zabitlərin geyimindən fərqlənən hərbçimiz isə müddətdən artıq qulluq edən hərbi qulluqçudur. Allah hamısına rəhmət etsin. Onun da əynində bronjilet var. Bu hərbiçimiz postun bir növ cavabdehi kimi ora nəzarət edir. Neytral ərazidəki həmin post bizim hərbiçilər tərəfindən yalnız və yalnız düşməni müşahidə etmək, onun hərəkətləri ilə bağlı müəyyən məlumatları əldə etmək məqsədi ilə qurulub. Düşmən zabitləri də hərbçilərimizi məhz həmin postda olduqları zaman vurublar. Mütləq deyil ki, onların əllərində silah, başlarında dəbilqə olsun. Bu əsgərlər ora hər hansı hərəkəti yerinə yetirməyə gəlməyib. Sadəcə olaraq, komandirin qərarıdır ki, ora baxır və müəyyən qeydlər aparır, ön xətdə düşmənin texnikasının və ya şəxsi heyətinin yerdəyişməsini müşahidə edirlər. Məsələnin məğzi budur".

Ekspert bildirib ki, sosial şəbəkələrdə insanlarımız diqqətli olmalıdırlar:

“Bizim bəzi vətəndaşlarımız sosial şəbəkələrdə hay-küy salıblar ki, onların niyə dəbilqə, silahı yoxdur. Xahiş edirəm ki, öz əsgər və zabitimizə hörmətlə yanaşaq. Onlar, sadəcə olaraq, ön xətdə vəzifə borclarını yerinə yetiriblər. Mütləq deyil ki, onlar komandirin qərarının yerinə yetirilməsi zamanı tam şəkildə hərbi geyimdə olsunlar. Yəni orada dəbilqə, avtomat və mühəndis-istehkam belləri olmaya da bilər. Məsələni bu cür başa düşürəm və hərbçi kimi yanaşmam bundan ibarətdir”.

Üzeyir Cəfərov ermənilərin yaydıqları videoda görünən xüsusi ipin mahiyyəti barəsində də danışıb və bildirib ki, elə bunun özü də erməniləri ifşa edən məsələdir:

“Hərbidə ümumi qaydadır ki, öndə mühəndis-istehkamçı gedir və o, cığır açır. Eyni zamanda o, həmin getdiyi yeri yoxlayır ki, birdən mina olar. Həmin ip arxadan gələnlərin cığırdan kənara çıxmaması üçündür. Bunu başa düşmək üçün elə də böyük hərbi biliyə malik olmaq lazım deyil. Həmin ipin konkret olaraq funksiyası ondan ibarətdir ki, ön xətdə müşahidə üçün gedən hərbiçilər cızılmış yolla hərəkət etsinlər. Ora neytral ərazidir və düşmən orada pusqu qura, mina basdıra bilər. Buna görə də xüsusi ip çəkilir. Hadisə gecə saatlarında olub və orada gecə saatlarında fənər və ya hər hansı başqa avadanlıq işlətmək mümkün deyil. İpin məqsədi yol göstərməkdir. Orada heç bir hücumdan söhbət gedə bilməz. Hücuma gedən adamın silahı, avadanlığı olur. Bir daha deyirəm ki, hərbiçilərimiz sadəcə müşahidə aparmaq üçün orada olublar və müşahidə postunda düşmənin zərbəsinə məruz qalıblar. Heç bir hücumdan söhbət belə gedə bilməz. Ermənilər günlərdir ki, təxribatlarına, yalanlarına davam edirlər. Ancaq bunların ağ yalan olduğunu ifşa etmək lazımdır”.

Tarix
2017.03.01 / 09:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla