Yuxarı

Azərbaycan Ordusu vurdu, Sərkisyan dilə gəldi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi İrəvan müharibə istəmir.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Prezidenti Serj Sərkisyan Xarici İşlər Nazirliyində təşkil edilən bugünkü toplantıda çıxışı zamanı deyib.

Xatırladaq ki, son bir ayda ermənilərin cəbhədə xüsusi aktivləşməsi müşahidə edilib. Yalnız fevral ayı ərzində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu bir neçə dəfə irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdən Azərbaycan Ordusunun mövqelərinə soxulmağa cəhd göstəriblər. APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, qumbaraatanlardan, 60, 82 və 120 millimetrlik minaatanlardan, 122 millimetrlik haubitsalardan, snayper tüfənglərindən və D-44 topundan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Fevral ayında ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasının qarşısı alınarkən atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Qafarov Fuad Fərhad oğlu, Ermənistan silahlı bölmələri tərəfindən mövqelərimizin artilleriya atəşinə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Xəlilov Xanoğlan İntizam oğlu, Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu, Cəfərov Zakir Nazim və Əhmədov Elvin Süleyman oğlu şəhid olublar.

Ümumilikdə ötən ay Ermənistan ordusu 1266 dəfə atəşkəsi pozub ki, bu da əvvəlki aylarla müqayisədə daha çoxdur və ermənilərin cəbhədə necə aktivləşdiyini təsdiqləyir.

Ancaq bütün bu təxribat-diversiya qrupları, iriçaplı silahlardan atəşə tutmalar və cəbhədə yaşanan gərginliklər zamanı Sərkisyan açıqlama verərək, “müharibə istəmədiklərini” dilə gətirməyib.

Yalnız ordumuzun ötən gündən başlayaraq, sərrast atəşlə Ermənistan silahlı qüvvələrinə məxsus bir zirehli texnika və hərbi nəqliyyat vasitəsini heyətləri ilə birgə, müdafiə istehkamını, qərargahını, martın 1-dən 2-nə keçən gecə hücuma keçən erməni diversiya-təxribat qrupunun bütün üzvlərini və nəhayət, günün sonunda pilotsuz uçan aparatını (bütün bunlar iki gün ərzində baş verib) məhv etdikdən sonra Sərkisyan XİN-in axşam radələrində baş tutan toplantısına qatılaraq, müharibə istəmədiklərini bəyan edəsi oldu.

Tarix
2017.03.03 / 09:00
Müəllif
Kamran Ədalət
Oxunub
20 116
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla