Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
26 Sentyabr 2020


"Avropa Sərkisyanın əlindən rüşvət aldı"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verildiyi kimi, Ermənistan prezidenti Serj Sərkisyan Brüsselə səfər etmişdi.

Səfər çərçivəsində o, Avropa Parlamentinə mükafat təqdim edib. Təəccüb doğuran məqam odur ki, Avropa Parlamenti dəfələrlə Ermənistanı işğalçı dövlət kimi təqdim etməsinə baxmayaraq, elə işğalçı dövlətin mükafatını da qəbul edib. Bu məsələ Azərbaycan cəmiyyətində haqlı etiraza səbəb olub.

Bununla bağlı Milli Məclisin deputatı Məlahət İbrahimqızı Modern.az-a açıqlamasında deyib ki, Xocalıda əli uşaq qanına bulaşmış, uşaq qatilinə çevrilmiş, mülki insanların vəhşicəsinə öldürülməsində iştirak edən Sərkisyanın Avropa Parlamentində o səviyyədə qəbul olunması utancvericidir:

“Bütün beynəlxalq təşkilatlarda işğalçı kimi qəbul olunmuş bir dövlətin başçısının əlindən hansısa formada mükafat alınması Avropa parlamnetarilərinin fəaliyyətləri dövründə utancverici haldır. Bir tərəfdən Avropa Parlamenti sənəd qəbul edərək deyir ki, işğalçı Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal edib. Bir milyon məcburi köçkün var. Digər tərəfdən isə qəbul etdikləri qətnamənin əleyhinə olaraq, işğalçı kimi tanıdıqları dövlətin – hansı ki, o dövlətin başçısı da Qarabağın işğal olunmasında, Xocalı soyqırımının törədilməsində iştirak edib – başçısının əlindən mükafat alır. Sözün bitdiyi yer. Bunu ancaq belə qiymətləndirmək olar”.

M.İbrahimqızının sözlərinə görə, Azərbaycan ictimaiyyəti, seçiciləri ona müraciət edib:

“Müraciətdə deyilir ki, biz Azərbaycan xalqı və ictimaiyyəti olaraq Avropa Parlamenti ilə əməkdaşlıqda hansı nailiyyətləri əldə edə bilərik?! Hansı problemimizin həllində dəstək gözləyə bilərik?! Əksinə, onlar işğalçı dövlətin başçısı olan Sərkisyana hər dəqiqə təzyiq göstərib deməlidirlər ki, beynəlxalq təşkilatların qəbul etdiyi qərarları yerinə yetirin! Hətta, lazım olsa, sanksiya da tətbiq etməlidirlər. Necə ki, bəzi ölkələrə sanksiyalar tətbiq olunub. Təəssüf ki, işğalçını bir az da qidalandırıb ruhlandırırlar. Belə çıxır ki, Avropa Parlamenti birinci olaraq özü qəbul etdiyi qanunu pozaraq hörmətsizlik nümayiş etdirir. Sübut edirlər ki, onların qəbul etdikləri sənədlər mənasız bir şeydir”.

Xanım deputat bildirib ki, Avropa Parlamenti Ermənistanın onlara gətirib verdiyi mükafatı mətbuata belə çıxarmamalıydılar:

“Hesab edirəm ki, Serj Sərkisyandan mükafat alan avropalı deputatlar Azərbaycana gəlməməlidir. Məsələ qaldırmalıyıq ki, Avropa Parlamenti işğalçı dövlətin başçısından mükafat alır və Azərbaycana gəlir. Biz bunu necə qəbul edə bilərik?!

Bu onu göstərir ki, onlar açıq-aşkar Ermənistanın tərəfindədirlər. Eyni zamanda, Avropa Parlamentinin öz daxili qaydaları var. Necə ki, Azərbaycan Milli Məclisinin etik kodeksi qaydaları var. Həqiqətən də bu, utancverici haldır. Əgər Avropa Parlamenti işğalçı Sərkisyandan mükafat qəbul edirsə, bunun özü də rüşvətin bir növüdür”.

Tarix
2017.03.03 / 19:11
Müəllif
Axar.az
Oxunub
5 211
Şərhlər
Digər xəbərlər

Fenenko Nikolun müharibə istəyinin məxfi səbəbini açıqladı

Astana və Bakı bu sahədə əlaqələri gücləndirir

İlham Əliyevin BMT çıxışı türk mediasında gündəm oldu

Putinin dostundan Qarabağ açıqlaması: Tam vaxtıdır!

70 yaşım var, bu şuraya sədr seçilsəm... - Deputat

Qarabağda müharibə hər an başlaya bilər - Putinin dostu

Bu Dövlət Xidmətinə daha bir səlahiyyət verildi

Naxçıvan Qarnizonu üçün yeni kompleks inşa olunur - Foto

Elçin Sadıqovun fərdi vəkillik fəaliyyəti ləğv olundu

Baş nazirdən təhsillə bağlı daha bir mühüm - Qərar

KULT
<>
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla