Yuxarı

Alanyada da Qarabağ parkı açılacaq – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alanyada da Qarabağ parkı açılacaq – Foto

Qənirə Paşayevanın Alanyada Azərbaycan küçəsi və Qarabağ parkının açılması təklifi Türk Ocaqları tərəfindən dəstəklənib.

Axar.az xəbər verir ki, “Dağlıq Qarabağ problemi, Türk dünyasının ortaq sorunları” mövzusunda konfrans keçirmək üçün Alanyaya səfər edən millət vəkili Alanya bələdiyyə başqanı Adəm Murad Yücel ilə görüşüb.

Q.Paşayeva ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verib, müzakirələr aparıb.

Millət vəkili görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Alanyanı da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini deyib.

Q.Paşayeva Alanya Türk Ocaqlarının rəhbəri Hasan Pəkərlə də görüşüb və Qarabağ həqiqətlərinin daha geniş yayılmasında Türk Ocaqları ilə layihələrin artırılmasının əhəmiyyətini vurğulayıb.

QHT, KİV rəhbərləri, aydınlar, gənclərin iştirak etdiyi konfransda ön cəbhədə baş verən son hadisələrlə bağlı geniş çıxış edən millət vəkili beynəlxalq təşkilatları Ermənistana təzyiq göstərməyə çağırıb və Azərbaycanın səbrinin artıq tükəndiyini bildirib.

Millət vəkili görüşün sonunda Alanya Türk Ocaqlarının rəhbərliyini Azərbaycana dəvət edib.

Tarix
2017.03.04 / 12:53
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla