Yuxarı

Sertifikat verilən mehmanxanaların adları açıqlandı - Siyahı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanalara dərəcə sertifikatları verilib.

"Axar.az"ın Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxanaların təsnifatı aparılır. Təsnifat Avropanın bir çox ölkələrində tətbiq olunan "Hotel Stars Criteria 2010-2014" uyğun hazırlanmış "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyaların müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə" AZS 745-2012 Dövlət Standartına uyğun həyata keçirilir.

2015-ci ildə Bakı şəhərində I Avropa İdman Oyunlarının keçiriləcəyini nəzərə alaraq bu sahədə müvafiq işlər görülür. Belə ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 17.04.2014 - 17.04.2017 müddətinə aşağıdakı mehmanxanalara dərəcə sertifikatları verilib:

1. "Fairmont Baku" mehmanxanası (5 + ulduz),
2. "Qafqaz Point Hotel" mehmanxanası (5 ulduz),
3. "Astoria Baku mehmanxanası (4 ulduz),
4. "Modern Hotel" mehmanxanası (4 ulduz),
5. "Çıraq Plaza" mehmanxanası (4 ulduz).

Tarix
2014.04.22 / 19:11
Müəllif
Axar.az
Digər xəbərlər

Dəməşqdən sonra Tehran da qurban verildi: İranı nə gözləyir?

Berdiməhəmmədov Azərbaycana gəldi

Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur

Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq

Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla