Yuxarı

AB Trampın tariflərinə qarşı tədbir görür: Lakin bir sual var...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB Trampın tariflərinə qarşı tədbir görür: Lakin bir sual var...

ABŞ prezidenti bir neçə gün əvvəl bəyan edib ki, daha sərfəli bir razılaşma əldə olunmasa, 1 avqustdan Avropa Birliyindən idxal edilən mallara 30 faiz gömrük rüsumu tətbiq ediləcək. Bu həftə Avropa Birliyinin rəsmi şəxsləri cavab tədbirləri planını yenidən işləyib hazırlamaqla məşğul olublar.

Axar.az xəbər verir ki, bununla bağlı “Nyu York Tayms” nəşri analitik yazı dərc edib.

Nəşrin müəllifləri qeyd edirlər ki, ABŞ ilə yeni razılaşma üzrə danışıqlar uğursuzluğa düçar olacağı təqdirdə 100 milyard dollardan çox dəyərində Amerika idxalına qarşı rüsumların tətbiqinə əsas yaradan addımlar atılacaq.

“Lakin bütün bu səyləri kölgədə qoyan mühüm bir sual mövcuddur: Əgər vəziyyət bu yerə gəlib çıxsa, onlar doğrudan da bu addımı atacaqlarmı?”, – deyə Atlantik Şurasının Avropa Mərkəzindən tədqiqatçı Frensis Barvell vurğulayıb.

Qəzet xatırladır ki, daha əvvəl AB-yə üzv olan 27 ölkənin nümayəndələri aylarla cavab tədbirləri planı üzərində çalışıblar, lakin danışıqların davam etməsi məqsədilə bu tədbirlərin icrası təxirə salınıb. Daha əvvəl, aprel ayında Avropa Birliyi Amerika mallarına təxminən 25 milyard dollar dəyərində gömrük rüsumlarının tətbiqini nəzərdə tutan planı təsdiqləmişdi. Lakin Tramp bəzi əvvəlki rüsumları ləğv etdikdən sonra bu plan “xoşməramlılıq əlaməti olaraq” dayandırılmışdı.

Bildirilir ki, razılaşma baş tutmayıb. Əksinə, Tramp sosial şəbəkələrdə AB mallarına qarşı 30 faiz gömrük rüsumlarının tətbiqi planlarını elan edib:

“Məhz bu açıqlamadan sonra AB rəsmiləri cavab tədbirləri çərçivəsində nəzərdə tutulan ilk mərhələ rüsumlarını yenidən təxirə salmaq qərarına gəldilər, bu tədbirlərin qüvvəyə minməsi yalnız 14 iyuladək dayandırılmışdı – əlavə danışıqlara imkan yaratmaq üçün. Lakin onlar eyni zamanda bildiriblər ki, zərurət yaranarsa, qətiyyətli şəkildə cavab verəcəklər”.

Tarix
2025.07.16 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi

Mehdiyevdən sonra onun həbsi gündəmdə - Avropa mediası yazdı

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

ABŞ admiralı Azərbaycana təşəkkür etdi

Ramiz Mehdiyev bunlardan məhrum ediləcək

Mehdiyevin ətrafındakı deputatlar: Ona “ata” deyən...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla