Türkiyənin məhşur Çankaya köşkü ermənilərindir və onlara
qaytarılmalıdır, türkiyəli tarixçi iddia edir.
Baş nazir Recep Tayyip Erdoğanın 1915-ci il hadisələri ilə bağlı
verdiyi Klikləyin başsağlığı mesajından sonra Türkiyə hökuməti
tərəfindən ermənilərlə bağlı daha bir layihə ictimai rəyə təqdim
olunub.
Söhbət 1915-ci il hadisələri zamanı "Osmanlı torpaqlarından köç
etmək məcburiyyətində qalıb Türkiyə vətəndaşlığını heç qazana
bilməyən və ya daha sonra itirmiş" ermənilərin nəvələrinə
vətəndaşlıq haqqı tanınmasından gedir.
Təklifin ilk müəlliflərindən olan tarixçi Sait Çetinoğlu BBC
Azərbaycancaya deyib ki, Çankaya köşkü erməni Kasabyana məxsus olub
və onun varislərinə qaytarılmalıdır.
Vətəndaşlıq təklifi
Ermənilərə vətəndaşlıq verilməsini irəli sürən layihə ilə bağlı
ilk fikir yanvar ayında Ankarada keçirilmiş bir toplantıda meydana
gəlib.
Düşüncəyə Özgürlük Girişiminin (Düşüncəyə Azadlıq İnsiativi)
təşkil etdiyi toplantıda "Osmanlı dövründə köç etmiş və ya etməyə
məcbur olmuş Osmanlı vətəndaşı ermənilərin dünyanın müxtəlif
yerlərində yaşayan nəvələrinə Türkiyə Respublikasının
vətəndaşlığının bərpa olunması" təklif edilib, "Hürriyyət" qəzeti
yazır.
Osmanlı vətəndaşı olan ermənilər 1964-cü ildə qəbul olunmuş
Vətəndaşlıq Qanunu ilə Türkiyə vətəndaşlığından çıxarılıblar.
"Bu qanun Osmanlı dövründə Türkiyədən çıxarılmış ermənilərə və
onların övladlarına şamil edilmədi. Biz onların vətəndaşlıqlarının
bərpa olunmasını istəyirik" - Sait Çetinoğlu deyir.
Cənab Çetinoğlunun sözlərinə görə, bu təklif artıq Türkiyə
parlamentində də sənədləşdirilib. "Barış və Demokrasi Partiyasının
təmsilçisi Erol Dora müvafiq qanun layihəsini parlamentə təqdim
edib.
"Bu qanun Osmanlı dövründə Türkiyədən çıxarılmış ermənilərə və
onların övladlarına şamil edilmədi. Biz onların vətəndaşlıqlarının
bərpa olunmasını istəyirik."
Sait Çetinoğlu
O deyir ki, "sürgün olunmuş insanların övladları da türk
vətəndaşı sayıldıqları üçün onların da vətəndaşlıqları geri
qaytarılmalıdır".
"Vətəndaşlıq haqlarının bərpası ilə bağlı təklifiniz təzminat
tələbini də nəzərdə tuturmu" sualına cavabında təklif müəllifi
deyib ki, mülkiyyət haqlarına qəsb edilmiş ermənilərin bu
haqlarlarının bərpası da "son dərəcə normal işləmdir".
Çankaya köşkünə iddia
Ankarada türk vətəndaşlığından çıxarılmış erməni Ohanes
Kasabyana məxsus iki saray var, cənab Çetinoğlu deyir.
Onun sözlərinə görə, onlardan biri Çankayada Cumhurbaşkanlığı
köşkünün içində, digəri də Keçiörəndə Vehbi Koç varislərinin əlində
muzey kimi istifadə edilir.
"Kasabyan türk vətəndaşlığından çıxarılmış erməni olub. Onun
ailəsi yaşayır - bu köşklər onlara qaytarılmalıdır"
- Çetinoğlu iddia edir.
Çankaya Köşkü Türkiyə Respublikası prezidentinin rəsmi
iqamətgahıdır. Məlumatlara görə, köşkün tikildiyi torpaqlar Ohanes
Kasabyan adlı erməni zərgərinə məxsus olub.
Baş nazir Recep Tayyip Erdoğanın "1915-ci il hadisələri ilə
bağlı verdiyi başsağlığı mesajı" ilə bağlı Çetinöğlu deyib ki,
"başsağlığı ilə paralel digər işlər də aparılmalıdır".
"İlk ağızdan belə bir başsağlığının erməni xalqına çatdırmaq son
dərəcə önəmlidir. Amma təbii ki, bunun davamı olmazsa, heç bir məna
ifadə etməz. Biz bunun davamının gəlməsini və bu başsağlığı ilə
paralel digər işlərin də aparılmasını istəyirik", - deyib Sait
Çetinoğlu.
"Digər işlər" sırasında isə o, "ermənilərin vətəndaşlıq
haqlarının geri qaytarılması və bundan irəli gələn haqların
tanınması, soyqırımın tanınması, soyqırımdan zərər çəkmiş insanlara
gərəkli diqqətin göstərilməsi" kimi məsələlərin vacib olduğunu
vurğulayıb.
"Bir-birinə yaxın olan iki xalqın bir-birindən bu qədər uzaq
durmasının bir anlamı yoxdur. Əslində, xalqın böyük bir bölümünün
yox edilməsinə Türkiyənin jest göstərməsinin zamanı keçdi", Sait
Çetinoğlu əlavə edib.
Türkiyə Baş naziri Recep Tayyip Erdoğan Birinci Dünya
müharibəsində Osmanlı ordusu tərəfindən öldürülən ermənilərin
nəvələrinə başsağlığı verib.
Ölümlərin 99-cu ildönümü ərəfəsində verdiyi bəyanatda cənab
Erdoğan 1915-ci ildə baş verən hadisələri "qeyri-insani"
adlandırıb. /Musavat.com/