Yuxarı

İlham Əliyev: “Bu, böyük bir məsuliyyət və çağırışdır“

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev: “Bu, böyük bir məsuliyyət və çağırışdır“

Aprelin 27-də Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının - AİPS-nin 77-ci konqresinin iştirakçılarının şərəfinə ziyafət verilib.

"Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı tədbirdə çıxış edərək Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının üzvlərini bu təşkilatın 90 illiyi münasibətilə təbrik edib.

Qurumun 77-ci konqresinin Azərbaycanda keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu deyən Prezident İlham Əliyev bunun ölkəmizi təqdim etmək imkanını artırdığını diqqətə çatdırıb. İyirmi iki illik müstəqillik dövründə Azərbaycanın böyük uğurlara imza atdığını deyən Prezident İlham Əliyev bu dövrdə ölkəmizdə idman və Olimpiya hərəkatı sahəsində də mühüm nailiyyətlərin qazanıldığını bildirib. Prezident İlham Əliyev qeyd edib ki, indiyə qədər Azərbaycanda çoxsaylı beynəlxalq yarışlar, dünya və Avropa çempionatları keçirilmişdir. İdmançılarımız beynəlxalq yarışlarda yaxşı nəticələr əldə ediblər. Dövlət başçısı vurğuladı ki, 1996-cı ildə Azərbaycan Atlanta Yay Olimpiya Oyunlarında 1 medal qazanılmışdısa, 2012-ci ildə London Yay Olimpiya Oyunlarında idmançılarımız 10 medal qazanmışlar və onlardan 2-si qızıldır. Azərbaycan bu göstəriciyə görə, 200 ölkə arasında 30-cu yeri tutub. Bütün bunların ölkəmizdə idmanın inkişafına dövlət səviyyəsində göstərilən qayğının təzahürü olduğunu deyən Prezident İlham Əliyev hazırda respublikamızın ərazisində böyük bazaya malik idman infrastrukturunun yarandığını, 40-dan çox Olimpiya İdman Kompleksinin tikildiyini vurğulayıb. Dövlət başçısı gələn il Azərbaycanda ilk Avropa Oyunlarının keçiriləcəyini və ölkəmizin bu mötəbər idman tədbirinə xüsusi hazırlaşdığını qeyd edib.

"Bu, böyük bir məsuliyyət və böyük çağırışdır, lakin eyni zamanda, bu, ölkəmizi təqdim etmək üçün bir fürsətdir", - deyən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək niyyətindədir. Azərbaycan Prezidenti deyib: "Fürsətdən istifadə edərək hamınızı gələn il açılış mərasimində iştirak etmək üçün Bakı Olimpiya stadionuna dəvət edirəm. 2016-ci ildə Dünya Şahmat Olimpiadasını, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik və bu da bizim coğrafi yerləşməmizin, mədəniyyətimizin və bugünkü Azərbaycanın göstəricisidir. İki il ərzində biz həm Avropa Oyunlarını, həm də İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Azərbaycan müsəlman ölkəsidir, lakin Avropa ilə güclü əlaqələri olan ölkədir. Bunun da tarixi XIX əsrə gedib çıxır və indi bu əlaqələr daha da güclüdür. Çünki bu əlaqələrin əsasını tərəfdaşlığımız təşkil edir".

Prezident İlham Əliyev ölkəmizdə əsrlərdən bəri yaranıb formalaşan multikulturalizm ənənələrinin Azərbaycanda dövlət siyasəti olduğunu, möhkəm əsaslara malik tolerantlığın ölkəmizin vizit kartına çevrildiyini bildirib. Sonra AİPS-nin prezidenti Canni Merlo çıxış edərək bildirib ki, qurumun 90-ci ildönümünün və 77-ci konqresinin Bakıda keçirilməsi böyük uğurdur. Dörd il əvvəl Bakıda olduğunu, burada gedən inkişafdan məmnun qaldığını deyən Canni Merlo rəhbərlik etdiyi təşkilatın idmanın inkişafı istiqamətində bir çox işlər gördüyünü, vacib sosial layihələr həyata keçirdiyini diqqətə çatdırıb. O, gələn il Bakıda ilk Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib. Sonra Canni Merlo Prezident İlham Əliyevə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının xüsusi xatirə hədiyyəsini təqdim edib.

Tarix
2014.04.28 / 09:30
Müəllif
Axar.az
Digər xəbərlər

İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...

İlham Əliyev sabiq prezidentə başsağlığı verdi

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla