Yuxarı

Hərbi ekspertdən admiralın vəkilinə sərt cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hərbi ekspertdən admiralın vəkilinə sərt cavab

"Vəkil Adəm Məmmədov və müvəkkili Şahin Sultanov çox əsəbidirlər. Çünki Adəm Məmmədov uzun illər Şahin Sultanovdan vəkil kimi yüksək qonorar alıb. İndi də bilir ki, Sultanov həbsdədirsə, qonorarı kəsiləcək. Dəridən-qabıqdan çıxıb, çalışır ki, özünə yeni mövzular tapsın, qonorarını artırsın".

Bu sözləri "Axar.az"a ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov bildirdi. Ü.Cəfərov həbsdə olan sabiq vitse-admiral Şahin Sultanovun vəkili Adəm Məmmədovun ondan prokurorluğa şikayət etməsinə münasibət bildirərkən vurğuladı ki, vəkilin dedikləri gülüş doğurur:

"Ona məsləhət görərdim ki, bir qədər ciddi olsun. Arzu edirəm ki, doğurdan da prokurorluğa müraciət etsin. Elə həmin gün mənə böhtan atdığına görə onu məhkəməyə verəcəyəm. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyinə müraciət edəcəyəm ki, belə bir vəkillə bağlı ciddi tədbirlər görülsün".

Ü.Cəfərov qeyd etdi ki, Ş.Sultanovu vətənə xəyanətdə ittiham etməyib: "Mən səsləndirdiyim fikirlərin məsuliyyətini dərk edirəm. Adəm Məmmədov harada elə fikrimi görüb ki, onun müvəkkilini vətənə xəyanətdə ittiham etmişəm? Elə bir ifadə işlətməmişəm. Adəm Məmmədov əsəbi olmayan bir vaxtda otursun, həmin yazılanları bir də oxusun. Ümumiyyətlə Şahin Sultanovun adını çəkməmişəm. Ataların bir sözü var, "xain xoflu olar". Onlar nədən belə narahatdırlar? Mətbuatda yayılan fikirlərimdə bildirmişəm ki, Hərbi Dəniz Qüvvələrində bəzi yüksək rütbəli şəxslər son vəziyyət haqda düşmənə, o cümlədən Rusiyaya məxfi xəbərlər ötürürlər. Konkret şəxs adı çəkməmişəm".

Ekspert həmin şəxslərin adlarını açıqlayacağının anonsunu verdi: "Əgər adlar açıqlanmayıbsa, niyə Adəm Məmmədov özündən belə xoflanır? Adəm Məmmədov getsin ciddi işlərlə məşğul olsun. Özünü biabır eləməsin. Heç kim Şahin Sultanovun şərəf və ləyaqətinə xələl gətirmir. Onlara qarşı arqumentlərimiz də var, cavablarımız da".

Qeyd edək ki, Ş.Sultanovun vəkili Ü.Cəfərovdan prokurorluğa şikayət edəcəyini söyləyib. Vəkil deyib ki, Ü.Cəfərov müdafiə etdiyi şəxsi vətənə xəyanətdə ittiham edib.

Tarix
2014.04.28 / 18:32
Müəllif
Şəmsəddin Ensar
Digər xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla