Yuxarı

Elton Məmmədov Adil Əliyevdən şübhələnir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elton Məmmədov Adil Əliyevdən şübhələnir?

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədov oğlu Aynar Məmmədovun "avtoşluğu" barədə mediada yayılan məlumatları özünə qarşı kampaniya kimi qiymətləndirmişdi. Elton Məmmədov ad çəkməsə də, bu kampaniyanın kim tərəfindən aparılmasının ona məlum olduğunu bildirmişdi.

Elton Məmmədov bu məsələdə əsasən deputat həmkarı Adil Əliyevdən şübhələnir.

Qeyd edək ki, Adil Əliyev bir müddət əvvəl facebook səhifəsində Elton Məmmədovun digər oğlu Elnur Məmmədovu tənqid etmişdi. Buna səbəb isə Elnur Məmmədovun Bakıda kikboksinq turniri keçirməsi olmuşdu. Adil Əliyev bunu Elnur Məmmədovun Azərbaycan Kikboksinq Federasiyasının işinə qarışmaq kimi qiymətləndirmişdi.

"Son günlər dostlardan, tanışlardan, jurnalistlərdən mənə xeyli zəng gəlib. Hamısı da eyni sualı verir: 23 fevralda Bakıdakı kikboksinq turnirini kim keçirir? Bir daha rəsmən bəyan edirəm: "K-1" döyüş növü üzrə dünya "Qran-pri yarışları" guppultulu adı verilən qondarma turnirin Azərbaycan Kikboksinq Federasiyası ilə heç bir bağlılığı yoxdur. Nə federasiya, nə də federasiya nəzdindəki idmançılar bu turnirdə iştirak etməyəcəklər. Birincisi, bizi məramı və hədəfi bəlli olmayan turnirə nə dəvət edən, nə də bizimlə məsləhətləşən olub. Deputat həmkarım Elton Məmmədovun oğlu Elnur Məmmədovun keçirdiyi turnur nə etik çərçivələrə, nə də müvafiq qanunlarımıza uyğundur".

Elton Məmmədovda Adil Əliyev barədə şübhələrin yaranmasının səbəbi də məhz bu məsələdir. Deputat düşünür ki, həmkarı əlinə düşən fürsətdən istifadə edərək ona və övladlarına qarşı kampaniya aparır. /Azadlıq/

Tarix
2014.04.30 / 12:56
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla