Yuxarı

MHP: “Türkiyədəki bu olay Xocalı qurbanlarına sayğısızlıqdır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
MHP: “Türkiyədəki bu olay Xocalı qurbanlarına sayğısızlıqdır”

"Uşaq vilayətindəki təşkilatımızla, məclis üzvləri ilə görüşdükdən sonra Xocalı abidəsinin üzərindən "soyqırım" sözünün götürülməsi ilə bağlı MHP olaraq mövqeyimizi ortaya qoyacağıq. İstənilən halda MHP bu qərara qarşıdır və bu qərar Xocalı qurbanlarına sayğısızlıqdır".

Bu sözləri "Axar.az" a açıqlamasında MHP sədri Dövlət Baxçalının Yerli İdarəçilik məsələləri üzrə yardımçısı və Yozqatdan millət vəkili Sadir Durmaz dedi.

O bildirdi ki, həmin bələdiyyənin rəhbərliyi MHP-dən olmadığı üçün qərarı dəyişmək səlahiyyətləri yoxdur:

"Uşaq bələdiyyəsi MHP-də deyil. Oranın yerli idarəçiliyini son seçkilərdən sonra AKP həyata keçirir. Buna görə, onların qərarına müdaxilə etmək səlahiyyətimiz yoxdur. Ancaq bu o demək deyil ki, heç bir fəaliyyətimiz olmayacaq. Rəhbərlik olaraq müzakirə edəndən sonra verəcəyimiz qərarları görəcəksiniz".

Xatırladaq ki, Uşaq vilayətində Xocalı soyqırımına qoyulan abidənin üzərindən "soyqırım" sözü silinərək, "qətliam" yazılıb. Uşaq bələdiyyəsinin Park və bağçalar şöbəsinin müdiri Evrən Pür "Axar.az"a faktı təsdiqləyib və abidədən "soyqırım" sözünün silinməsi qərarının Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən verildiyini bildirib.

Tarix
2014.04.30 / 15:05
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla