"Belə bir şəxs bizim
polis idarəsinə gətirilməyib".
Bu barədə "Axar.az"a Zaqatala Rayon Polis İdarəsindən məlumat
verilib.
Polis İdarəsindən ümumiyyətlə Adil Rəcəbov adlı şəxsin həbs
olunmadığı bildirilib:
"Bizdə belə bir məlumat yoxdur. Ümumiyyətlə, idarəyə bu adda
şəxs gətirilməyib".
Zaqatala rayon Muxax kəndinin sahə rəisi kapitan İsayev Zaur isə
keçirilən əməliyyatla bağlı sadəcə "xəbərim yoxdur" deməklə
kifayətləndi.
Məsələ ilə bağlı Əbu-Bəkr məscidinin imamı-camaatı Qamət
Süleymanov "Axar.az"a verdiyi açıqlamasında bildirib ki,
köməkçisinin həbs edilməsindən xəbəri var, yaxın zamanda azad
ediləcəyinə inanır:
"Mən də bir qədər əvvəl məlumat almışam. Adil
Rəcəbovun həbs ediləcəyinə inanmıram. Çünki, o radikallığa qarşı
adamdır və heç zaman dövlətin maraqlarına zidd hərəkət edən birisi
olmayıb".
"İnamıram ki, ciddi bir şey
olsun. Çünki, Adil heç bir zaman dövlətimizin maraqlarına zidd
hərəkət edəcək birisi deyil. Narahat olmayın, buraxarlar", - deyə
Q.Süleymanov bildirib.
Qeyd edək ki, Qamət Süleymanovun müavini Adil Rəcəbov bu gün
Zaqatala rayonunda saxlanılıb. Onun Muxax kəndindəki yerləşən
evində yoxlanış aparıldığı bildirilib.