Yuxarı

Aynar Məmmədovun dostu cəzalandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aynar Məmmədovun dostu cəzalandı

"Azəryolservis"in rəhbəri Cavid Qurbanov Zaur Bağırovu işdən çıxarıb.

Zaur Bağırovun adı nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovla bağlı qalmaqalda hallanırdı. Sosial şəbəkələrdə Aynar Məmmədovun aeroport yolunda sürət yarışına çıxdığını əks etdirən videokadrlar yayılmışdı.

Lakin Elton Məmmədov bildirmişdi ki, oğlunun bu məsələyə aidiyyatı yoxdur. Onun sözlərinə görə, videokadrlarda əks olunan və Aynar Məmmədova məxsus olduğu bildirilən 10 LZ 100 dövlət nişanlı "Nissan Skyline GT-R35" markalı avtomobilin sahibi də başqa şəxsdir.

Mətbuatın apardığı araşdırma nəticəsində həmin avtomobilin Zaur Mətləb oğlu Bağırov adlı şəxsin adına olduğu üzə çıxmışdı. O da məlum olmuşdu ki, Zaur Bağırov "Azəryolservis"də işləyir. Və Bağırovlar Məmmədovlarla ailəvi dostdur.

"Azadlıq"a daxil olan məlumata görə, Cavid Qurbanov bu məsələdə rəhbərlik etdiyi qurumun adının hallanmasından narahat olub. Ona görə də Zaur Bağırovun işdən çıxarılması barədə əmr imzalayıb.

Xatırladaq ki, Aynar Məmmədova aid olduğu iddia edilən və Zığ yolunda təhlükəli sürət yarışına çıxan "Mersedes S klass" markalı avtomobilin üzərindəki 10 AZ 458 dövlət nömrə nişanı əslində "Porşe KN" markalı avtomobilə aiddir. Həmin "Porşe KN" avtomobili isə lizinqdə, daha doğrusu, icarə xidmətindədir və hüquqi şəxs kimi Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən "Bakı XXI əsr" MMC-yə məxsusdur.

Dövlət Yol Polisi 10 AZ 458 dövlət nömrə nişanı ilə bağlı araşdırma aparır.

Tarix
2014.05.05 / 10:12
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla