Yuxarı

AAK-dan İlham Mirzəyevin elmi işinin saxtalığına reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AAK-dan İlham Mirzəyevin elmi işinin saxtalığına reaksiya

"İlham Mirzəyevin elmi işinin saxtalığını sübut edəcək sənəd yoxdursa, heç bir halda araşdırma aparıla bilməz. Ali Attestasiya Komissiyasına onun elmi işinin saxtalığını sübut edəcək heç bir sənəd daxil olmayıb".

Bu sözləri "Axar.az"a Ali Attestasiya Komissiyasının katibi dələduzluqda ittiham edilərək həbs olunan aparıcı İlham Mirzəyevin elmi işinin saxta olması ilə bağlı açıqlama verərkən bildirdi. Adının qeyd olunmasını istəməyən katib əlavə etdi ki, elmi dərəcənin saxta olub-olmadığını müəyyən etmək üçün həmin ixtisas üzrə alimlərdən ibarət komissiya təşkil edilməlidir:

"Həmin komissiyanın araşdırması nəticəsində elmi işin saxta olub-olmaması müəyyənləşdirilir. Bu, təşkil edilmiş xüsusi komissiyanın gəldiyi nəticəyə əsasən sübut edilə bilər. İxtisaslaşmış alimlər mütəxəssis rəyi vermədən heç kəs hansısa elmi işin saxta olub-olmadığını deyə bilməz. Ümumiyyətlə, bir elmi işin saxtalığını göstərəcək heç bir sənəd yoxdursa, bu haqda əlavə söz demək düzgün deyil. İlham Mirzəyev həbs edildikdən sonra onun elmi işinin saxta olması haqqında yazmağa başladılar. O, azadlıqda olduğu zaman bu barədə xəbər yayılsaydı, bunu haradasa təbii qarşılamaq olardı. Ancaq həbsdə olan insanın elmi işinin saxta olduğunu iddia etmək normal deyil".

Ali Attestasiya Komissiyasından bildirdilər ki, İ.Mirzəyevin elmi işinin saxta olması ilə bağlı onlara heç bir sənəd daxil olmayıb:

"İlham Mirzəyevin elmi işinin saxta olduğunu biz də mətbuatdan eşitmişik. Bu barədə hələ ki, Ali Attestasiya Komissiyasında heç bir araşdırma aparılmır. Komissiya o vaxt araşdırma apara bilər ki, ortada bu iddiaları sübut edəcək ən az bir fakt və ya sənəd olsun. Elmi dərəcənin saxtalığını sübut edəcək sənəd yoxdursa, heç bir halda araşdırma aparıla bilməz. Ali Attestasiya Komissiyasına da bununla bağlı heç bir sənəd daxil olmayıb".

Qeyd edək ki, məşhur aparıcı İ. Mirzəyev aprelin 11-də saxlanılıb. Onun əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Bildirib ki, İ. Mirzəyev vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq tutulub.

Tarix
2014.05.05 / 22:39
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla