Yuxarı

Sərkisyan müharibədə uduzmağı üstün tutur, nəinki...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər. Bu haqda ABŞ Milli Kəşfiyyat İdarəsinin dünyadakı risklər barədə hesabatında qurumun direktoru Daniyel Kouts bildirib. Onun sözlərinə görə, Azərbaycan və erməni tərəfinin kompromislərə getmək niyyətlərinin olmaması və ölkələr daxilində artan təzyiqlər Qarabağda genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər.

Axar.az xəbər verir ki, politoloq Eldar Namazov məsələ ilə bağlı Modern.az-a açıqlamasında Dağlıq Qarabağda müharibənin başlama ehtimalının çox yüksək olduğunu deyib.

“Erməni tərəfi sülh danışıqlarında hansısa nəticə əldə etməyə imkan vermir. Ümumiyyətlə erməni siyasi elitasında belə fikir formalaşıb ki, heç bir erməni siyasətçi Dağlıq Qarabağın qaytarılması ilə bağlı razılığa imza atmamalıdır. Əgər torpaqlar qaytarılmalıdırsa, Azərbaycan tərəfi buna yalnız güc tətbiq etməklə nail ola bilər. Yəni müharibədə məğlub olub o torpaqları qaytarmaq onlar üçün daha məqbuldur, nəinki, sülh yolu. Onların dırnaqarası siyasətçiləri üçün saziş bağlayıb razılığa gəlmək daha təhlükəlidir”, - politoloq vurğulayıb.

E.Namazovun fikrincə, Rusiya dövləti hər iki tərəf arasında saziş təmin etməzsə, müharibə ola bilər:

“İrəvanda bu ab-havanı yalnız Rusiya sındıra bilər. Əgər Rusiya sazişi təmin etməsə, müharibə ola bilər.

Rusiyanın əsas istəyi isə bu vəziyyəti dondurulmuş şəkildə saxlamaqdır. Həm Azərbaycana, həm də Ermənistana təzyiq etmək imkanını əldən vermirlər. Rusiya beş rayonun qaytarılmasına razılıq verə bilər, amma bu hələ konfliktin tam həlli demək deyil. Statuslarla bağlı məsələlər qalır. Beş rayon qaytarıldığı halda Rusiya tərəfi sülhə məramlı məqsədlərlə qoşunlarını ora yerləşdirəcək. Bu da həmin dövlətin təsirini daha da gücləndirəcək.

Rusiyanın iki yolu var: Vəziyyəti dondurulmuş halda saxlamaq; beş rayonu azad edib öz qoşunlarını Qarabağda yerləşdirmək və Azərbaycanı Avrasiya İttifaqına cəlb etmək. Müharibənin başlaması Rusiyadan asılıdır”.

Tarix
2017.05.12 / 14:54
Müəllif
Axar.az
Digər xəbərlər

Trampdan müjdə: Təbrizin istəmədiyi layihəni rədd etdi

Yaponiyanın Bakıdakı səfirliyi fəaliyyətini bərpa etdi

Azərbaycan buna görə dünyada birinci yerdədir

Fransa Azərbaycana təşəkkür etdi

Əgər Xəzər çətin vəziyyətdədirsə... - Leyla Əliyeva

İranda dəqiq zərbələr: növbə məscidlərindir?

Əli Əsədov Mişustinlə danışdı

Aralıq və Egeydə 22 milyon ton neftayırma potensialımız olacaq

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

“Qızıl Azərbaycan”a zərbə: bu görüntü təəccüb doğurdu - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla