Yuxarı

Ordumuzda erməni əsilli polkovnik xidmət edir? – Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuzda erməni əsilli polkovnik xidmət edir? – Rəsmi

"Azərbaycan Silahlı qüvvələrində erməni əsilli heç bir zabit xidmət etmir".

Bu açıqlama "Axar.az"ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyi Mətbuat xidmətindən verilib. Mətbuat xidməti son günlər erməni əsilli Azərbaycan zabiti olaraq adı hallandırılan Seyran Qafarov haqqında iddialara yalnız bir cümlə ilə cavab verib:

"Hazırda Silahlı Qüvvələrin sıralarında erməni əsilli heç bir zabit və gizir xidmət etmir".

Qeyd edək ki, bir müddət öncə Müdafiə nazirinin sabiq müavini İsa Sadıqov Azərbaycan Silahlı Qüvvələrində erməni əsilli zabitin olması haqqında iddia ilə çıxış etmişdi. O, Seyran Qafarovun bu barədə onun özünə etiraf etdiyini bildirmişdi. Sabiq nazir müavini Zaqafqaziya Hərbi Dairəsində onunla birlikdə xidmət edən zaman onun erməni olduğuna görə Azərbaycana qayıtmadığını demişdi. Hərbi ekspert Üzeyir Cəfərov isə Seyran Qafarovun bir müddət öncə Azərbaycandan qaçdığı deyilən general-mayor Bağır Fətullayevin yaxın adamı olduğunu qeyd edib. Onun 2003-cü ildə silah-sursat, döyüş hazırlığı ilə bağlı bir vəzifəyə gətirildiyini bildirilir.

Hərbi ekspert hazırda polkovnik S.Qafarovun Ali Hərbi Akademiyada çalışdığını söyləyib. O, həmçinin 366-cı Motoatıcı Alayın Xocalıya hücumundan onun xəbərsiz olma ehtimalını irəli sürüb.

Xatırladaq ki, Rusiyaya qaçdığı deyilən general Bağır Fətullayev hazırda Bakıdadır və fəaliyyətini davam etdirir. "Axar.az"a eksklüziv açıqlamasında B.Fətullayev rəhbərliyin icazəsi ilə ailəsinə baş çəkmək üçün bir neçə günlüyə Moskvaya getdiyini, icazəsiz addım atmadığını, götürdüyü məzuniyyət bitəndən sonra vətənə, millətə xidmət üçün iş başına döndüyünü bildirib.

Generalın qaçması xəbəri yayılanda isə Müdafiə Nazirliyinin Mətbuat xidməti B.Fətullayev adlı generalın Orduda xidmət etmədiyini bildirmişdi.

MN Mətbuat xidməti B.Fətullayevin izacəli gedişi və hazırda xidmətini davam etdirməsi barədə açıqlamasına hələ də aydınlıq gətirməyib və onun Müdafiə Nazirliyinin sərəncamında olduğunu bildirməyib.

Tarix
2014.05.09 / 14:27
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla