Yuxarı

Azərbaycan Ermənistana 10 bal verib? - Qalmaqal

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Ermənistana 10 bal verib? - Qalmaqal

Srağagün keçirilən "Avroviziya 2014" müsabiqəsinin finalındakı səsvermə ilə bağlı yeni qalmaqal ortaya çıxıb.

"Axar.az" xəbər verir ki, Ermənistanın "news.am" saytı səsvermə zamanı Azərbaycanın Ermənistana 10 bal verdiyini, amma səsləri təqdim edən aparıcının (Səbinə Babayeva - red.) bu xalı sonradan dəyişdirərək, guya İrlandiyaya verildiyini açıqladığını bildirib.

Hətta danimarkalılar azərbaycanlı aparıcının çaşdığını görüb, onun 10 balı hansı ölkəyə verdiyini təkrar səsləndirməsini istəyiblər. Azərbaycanlı aparıcı da 10 balın İrlandiyaya verildiyini deyib.

Sayt İrlandiyanın final müsabiqəsində iştirak etmədiyini xüsusi vurğulayıb.

"News.am" hətta bu barədə isveçli jurnalist Kris Bossvelin öz Tvitter səhifəsində yazdığını da xəbər verib.

Qeyd edək ki, sayt əvvəlcə Azərbaycanın Ermənistana 8 bal verdiyini yazsa da, sonradan məlumatı dəyişdirərək 10 bal edib.

Saytın Azərbaycanın Ermənistana əvvəlcə 8, sonra isə xəbəri yeniləyərək 10 bal verdiyini yazmasının skrinlərini təqdim edirik:

Tarix
2014.05.12 / 11:03
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla