"Mənimlə bağlı qərar fikirlərdə çoxdan qəbul olunmuşdu.
Sadəcə olaraq, vaxt tapıb dünən nəhayət ki, rəsmiləşdirdilər.
Gedişata görə bu qərar mənim üçün gözlənilməz olmadı".
Bu sözləri Erkin Qədirli REAL-ın Məclis başqanlığından
uzaqlaşdırılması barədə qərarını şərh edərkən deyib. İdarə
Heyətində çox tənqid olunduğunu söyləyən E.Qədirli bildirdi ki, öz
arqumentlərimi deməyə çalışıb: "Amma əksəriyyət mənim
arqumentlərimi qəbul eləmədi. Nəticədə belə qərar çıxdı.
Məhdudlaşma əl-qolumu bağlayacaq. Bu, cəza kimi düşünülüb.
Əslində bu qərar mənim barəmdədir deyə mənim danışmağım düzgün
olmazdı. Əslində İdarə Heyətində mənim çıxışlarımla bağlı çoxdan
müzakirələr gedirdi. Sadəcə olaraq İdarə Heyətinin üzvlıərinin
səfərləri, İlqar Məmmədovun məhkəməsi ilə əlaqədar Şəkiyə
gedib-gəlməyimiz, İ.Məmmədovun özü ilə msələhətləşmə və araya digər
işlər qarışdı. Mənə şifahi deyilmişdi ki, belə bir qərar olacaq.
Iclasda özüm də iştirak etmişdim".
E.Qədirli qərarı sərt sayır: "Düşünürəm ki, sərtdir, inandırım
ki, daha sərt təkliflər vardı. Bu, bir az kompramis qərar idi.
Qərar var və təşkilat üzvü kimi bu qərarla hesablaşmalıyam. 3 ay
gözləməliyəm. Yəqin məhdudiyyət aradan qalxandan sonra yenidən
fikirlərimə qayıdıb izahat verəcəyəm". /Teleqraf.com/