Yuxarı

NATO-dan Azərbaycana mühüm dəstək - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 29-da NATO Parlament Assambleyasının yaz sessiyasının geniş iclası keçirilib. İclasda çıxış edən assambleyanın prezidenti Paolo Alli Gürcüstan Silahlı Qüvvələrində həyata keçirilən islahatlardan danışıb. Bildirib ki, bu islahatlar Gürcüstanın NATO-ya inteqrasiyasında mühüm rol oynayır.

Axar.az xəbər verir ki, dövlətlərin ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığını xüsusi vurğulayan prezident deyib ki, ərazi bütövlüyü NATO ilə əməkdaşlığın əsas prinsipidir. NATO dövlətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında müəyyən olunmuş ərazi bütövlüyünü dəstəkləyir.

P.Alli çıxışında NATO-nun xərclərinin artırılmasının vacibliyini vurğulayıb və deyib ki, yaxın gələcəkdə təşkilata üzv ölkələr ümumi daxili məhsulun 2 faizi həcmində üzvlük haqqı ödəməli olacaqlar.

Sonra o, kibercinayətkarlığa, dezinformasiyalara qarşı mübarizə, ərzaq və iqlim dəyişikliyi, iqtisadi təhlükəsizlik və digər məsələlərdən danışıb. Bütün dövlətləri birliyə dəvət edib.

Sonra Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, Baş nazir Georgi Kvirikaşvili, Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze çıxış edib, Gürcüstanın Avroatlantik strukturlara inteqrasiyası, silahlı qüvvələrin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat veriblər.

Qeyd edək ki, bu sessiyada “Gürcüstanın Avroatlantik inteqrasiyasının dəstəklənməsi” bəyannaməsi qəbul olunacaq.

Tarix
2017.05.29 / 13:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla