Yuxarı

Rusiya ordusundan Azərbaycana növbəti təhdid

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya ordusundan Azərbaycana növbəti təhdid

"Rusiyanın Azərbaycan siyasətinin ümumi konteksti ilə müqayisədə onun Şimali Qafqazdakı ordularındakı texnikasının sayını artırmasını yaxşı hal kimi dəyərləndirmək olmaz".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Ərəstun Oruclu deyib.

O, Rusiyanın Şimali Qafqazda texnikasının sayının artırılmasının Azərbaycana qarşı təhdid xarakteri daşıyacağını bildirib:

"İstənilən halda qonşu dövlət tərəfindən sərhəd yaxınlığında ordu hissələrinin, hərbi texnikanın sayı artırılırsa, bunu təhlükə kimi qəbul etmək olar. Qonşu dövlətlər belə şeyləri nəzərə almalıdır. Bunun təhdid olub-olmadığına hələlik qəti qərar vermək çətindir. Hər halda Rusiyanın Azərbaycan siyasətinin ümumi konteksti ilə müqayisədə bunu yaxşı hal kimi dəyərləndirmək olmaz. Təbii olaraq dövlətlərə yaxın ərazidə texnika yerləşdirmək həmin dövlətlərə təhdid xarakteri daşıyır. Düzdür, ola bilər ki, Rusiya Şimali Qafqazda baş verə biləcək teraktlardan ehtiyatlanıb burada texnikanı artırıb. Amma onu da nəzərə almaq lazımdır ki, daxili problemlər üçün ordu istifadə olunmur".

Politoloq Azərbaycanda artıq bəzi qəzetlərə Rusiya əleyhinə yazmağın qadağan olunduğunu qeyd edib:

"Beşinci kolon artıq aktivləşib. Bu, heç kəsə sirr deyil. Bizə daxil olan məlumatlara əsasən, müəyyən qrupun tabeliyində olan qəzetlərə hətta Rusiyaya qarşı yazmaq qadağan olunub. İstər Rusiya, istərsə də hər hansı başqası digər dövlətin ərazisinə heç vaxt birbaşa müdaxilə etmir. Əsas daxili faktorlar işə salınır. Bu isə "beşinci kolon" deməkdir. Əgər söhbət bizə təzyiqdən gedirsə, bu, yaxın vaxtlarda beşinci kolonun davranışında özünü biruzə verəcək".

Qeyd edək ki, Rusiya bu gün Şimali Qafqazda yerləşən Xəzər Dəniz Donanması, Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının sayının artırılması haqqında qərar qəbul edib.

Tarix
2014.05.14 / 14:14
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla