Yuxarı

Rusiyanın hərbi gəmisi İsrailə buraxılmadı - Qalmaqal

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın hərbi gəmisi İsrailə buraxılmadı - Qalmaqal

İsrail Rusiya Hərbi Dəniz Donanmasına aid hərbi gəminin Hayfa limanına daxil olmasına icazə verməyib.

"Axar.az" xəbər verir ki, bu barədə "Haaretz" qəzeti adının açıqlanmasını istəməyən mənbəyə istinadən yayıb.

Qəzetin yazdığına görə, insident ötən ay baş verib. İsrail tərəfi bu addımı BMT-də keçirilən səsvermə zamanı Ukrayna məsələsində neytral mövqe tutduğuna görə, yenidən ABŞ-ı hirsləndirməmək üçün atıb.

Gəminin adı bildirilməsə də, qəzet onun raket gəmisi olduğunu yazıb.

Qəzet bildirib ki, gəminin limana buraxılmaması qərarını İsrail Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Yosi Koen müdafiə naziri Moşe Yalon, İsrail ordusu (ÇAXAL) və Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) nümayəndələri ilə məsləhətləşdikdən sonra verib.

Qeyd edək ki, təxminən 1 ay əvvəl rus mətbuatında "Vitse-admiral Kulakov" gəmisinin Hayfa limanına yan alacağı ilə bağlı məlumat yayılmışdı.

Tarix
2014.05.14 / 14:47
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla