Yuxarı

Ziya Məmmədovun qardaşı oğlu həbs olundu - İddia

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ziya Məmmədovun qardaşı oğlu həbs olundu - İddia

Hüquq müdafiəçisi Vidadi İsgəndərli özünün Feysbuk profilində şok məlumat paylaşıb

Hüquq müdafiəçisi Vidadi İsgəndərli iddia edir ki, ona qarşı həyata keçirilən hədələmə kampaniyasının arxasında Ziya Məmmədovun digər qardaşı İldırım Məmmədovun oğlu dayanır.

Bu barədə hüquq müdafiəçisi özünün Feysbuk səhifəsində yazıb. V.İsgəndərlinin iddiasına görə, onun hədələnməsində suçlu bilinərək həbs olunan Emil Məmmədov (Anar Məmmədovun media holdinqinə aid "Gun.az" saytında işləyir) istintaqa ifadə verib və bir sıra ifşaedici məlumatlar toplayıb. V.İsgəndərlinin sözlərinə görə, E.Məmmədov etiraf edib ki, onu V.İsgəndərliyə qarşı yönləndirən, müxtəlif hədə, söyüş və təhdid yazdıran Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun oğludur.

V.İsgəndərli Feysbukda yazır ki, məhz bu əməli sübut olunduğuna görə İldırım Məmmədovun oğlu bu gün saxlanılıb. Həmin statusu redaktəli şəkildə, lakin məzmununa dəymədən təqdim edirik:

"Mənə verilən məlumata əsasən, məni terrorla hədələyən Emil Məmmədova maliyyə dəstəyini Ziya Məmmədovun Ucar rayonunda yaşayan qardaşı İldırım Məmmədovun oğlu edirmiş. Hal-hazırda İldırım Məmmədovun oğlu bu işlə əlaqədar saxlanıb. Və o istintaqa mənə qarşı törətdiyi cinayətləri etiraf edib. Mütəşəkkil cinayətkar üzvlərin artacağı ehtimalı çoxalıb. Ola bilməz ki, bu mütəşəkkil cinayətkar dəstədən Ziya Məmmədovun, İldırım Məmmədovun, Mənsur Məmmədovun xəbəri olmasın. Emil Məmmədov istintaqa etiraf edib ki, bu fəaliyyətinə görə Məmmədovlar ona ayda 3500 manat pul ödəyirlərmiş. İstintaq davam edir".

Məlumatı İldırım Məmmədovun özü və yaxınları ilə dəqiqləşdirmək imkanı olmadı. Lakin onlar bu barədə hər hansı bir fikir söyləmək istəsələr, saytdakı əlaqə e-poçtlarından istifadə edə bilərlər.

"Musavat.com" əlavə edir ki, qəzetin müxbiri Fərahim İlqaroğlunun Ziya Məmmədovun digər qardaşı oğlu Aynar Məmmədov tərəfindən siyasi terrora məruz qalması barədə şübhələr var.

/Musavat.com/

Tarix
2014.05.16 / 00:12
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla