Yuxarı

Kürd deputatdan Azərbaycan türklərinə ağır söyüş - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kürd deputatdan Azərbaycan türklərinə ağır söyüş - Foto

Əsasən kürdlərdən ibarət olan XDP (Xalq Demokratik Partiyası) liderlərindən biri, son bələdiyyə seçkilərində bu partiyanın İstanbul bələdiyyə başqanlığına namizədi Sırrı Süreyya Önder Azərbaycan türklərini təhqir edib.

Bu barədə Ankarada yaşayan soydaşımız, Uluslararası Güney Azərbaycan Türkləri Konseyinin yönəticilərindən olan Zaur Bayramlı məlumat verib.

Onun sözlərinə görə, Sırrı Süreyya Önder bu günlərdə təxminən 400.000-ə yaxın təqibçisi olan Feysbuk səhifəsində Güney Azərbaycanın Urmiyə gölünü Doğu Kürdüstan gölü və Güney Azərbaycanın qərb hissəsindəki torpaqları Doğu Kürdüstan torpaqları olaraq təqdim edib.

Buna isə Güney Azərbaycan fəallardan etirazlar gəlib. Belə etirazlardan biri də Azərbaycan Milli Dirəniş Təşkilatının təmsilçisi, Ankarada yaşayan Güney Azərbaycan kökənli soydaşımız Məcid Cavadı tərəfindən edilib. M. Cavadı Sırrı Süreyya Öndere Feysbukdan mesaj yazaraq, Urmiyənin Kürdüstan yox, Güney Azərbaycan ərazisi olduğunu göstərib. Bunun əvəzində isə kürd siyasətçi tərbiyəsiz küçə söyüşü ilə cavab yazaraq, azərbaycanlıları təhqir edib və millətimizi "türkiyəlilərin əmri ilə hərəkət edən köpəklər" adlandırıb.

Zaur Bayramlının dediyi məlumata görə, görə onlar bu Feysbuk səhifəsinin Sırrı Süreyya Önderin özü, yoxsa bir başqası tərəfindən idarə edildiyini dəqiq bilmirlər: "Amma əminik ki, 385 min təqibçisi olan bir səhifə Önderin bilgisi xaricində fəaliyyət göstərə bilməz", deye o, əlavə edib.

Z. Bayramlı GAMAC (Güney Azerbaycan Milli Azadlıq Cəbhəsi) Ankara təmsilçisi Mahbub Amrahinin artıq Sırrı Süreyya Önderin Güney Azərbaycan torpaqlarını kürd torpaqları kimi təqdim etdiyi və Azərbaycan türklərinin ünvanına səsləndirdiyi təhqirlərlə əlaqədar olaraq Cümhuriyət savcılığına (respublika prokurorluğuna) şikayət ərizəsi hazırladığını və bu günlərdə təqdim edəcəyini bildirdi.

Xatırladaq ki, Mahbub Amrahi bir neçə ay əvvəl də "Mötəşəm Yüz il" serialını Səfəvi dövlətini fars dövləti olaraq təqdim etdiyi üçün məhkəməyə vermişdi. /Musavat.com/

Tarix
2014.05.16 / 21:27
Müəllif
Axar.az
Digər xəbərlər

Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

İlham Əliyev Sisini təbrik etdi

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Berlində təxribat cəhdi: Hədəf Azərbaycan idi!

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla