Yuxarı

Elton Məmmədov-Rauf Arifoğlu dueli - Qalmaqal

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elton Məmmədov-Rauf Arifoğlu dueli - Qalmaqal

"Siz nə vaxt görmüsüz ki, müxalifət mətbuata prezidentə, dövlətə sədaqətli olan qüvvələri tərifləsin? Həmişə tənqid ediblər də... Ziya Məmmədov, mən və bizim nəslimiz daim hakimiyyəti dəstəkləmişik, komandanın sədaqətli üzvləriyik. Ona görə də, bizə qarşı hər gün belə iyrənc kampaniya aparılır. Biz hər bir sağlam qüvvə ilə əməkdaşlığa hazırıq".

Bunu Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, millət vəkili Elton Məmmədov mətbuatda barələrində yazılanlara münasibət bildirərkən "Teleqraf.com"a deyib.

Millət vəkili bildirib ki, adlarının xoşagəlməz hadisələrdə hallandırılması onları istəməyən qüvvələrin əməlidir: "Biz ziyalı adamlarıq. Mən xoşum gəlmədiyi adama qarşı uzaq başı sözlə cavab verərəm. Nə mən, nə mənim övladım, nə də qardaşım övladları elə tərbiyyə almayıblar ki, kiməsə əl qaldırsınlar və ya döydürsünlər. Biz mafiya deyilik axı... Ziyalı adamlarıq. Hər gün yazırlar, bizi söyürlər, tirajlarını artırırlar. Kim kimə haqsızlıq edirsə, Allah onun bəlasını versin. Mənə desələr ki, səni həbs edirik, 50 il türmədə yatacaqsan, yenə də "Yeni Müsavat"ın baş redaktoruna zəng edib "barəmdə yazmayın" xahişini etmərəm. Qoy, yazsınlar. Allah yuxarıdan görür. Əməllərinə görə, bu dünyada olmasa da, o dünyada cavab verəcəklər".

E.Məmmədov "Yeni Müsavat"ın müxbirinin döyülməsində oğlunun adının hallandırılmasına da münasibət bildirdi: "Bu söhbətlər məni bezdirib. Cavan uşaqdır da, sözləri çəp gəlib vuruşublar. Cavan vaxtı heç dalaşmamısız?"

Rauf Arifoğlu isə "Musavat.com"a açıqlamasında E.Məmmədova cavab verib. Baş redaktor bildirib ki, faktlar tam tərsini söyləyir:

"Fərahimi döyən Feyruz Termişi də, bu sifarişi ona verən vasitəçi Tural Bayramov da - hər ikisi Aynarın rəhbərlik etdiyi "KikBoksinq" Federasiyasının işçiləridirlər. Onlardan birinin - Tural Bayramovun hörmətli Elton müəllimin iki oğlu ilə də qol-boyun şəkilləri var. Bu faktlardan və özəl məlumatlardan çıxış edərək, biz iddia edirik ki, müxbirimizi Aynar Məmmədov döydürüb. Mən bilirəm ki, Aynar öz hərəkətləri ilə atasını da bezdirib, bütün ailəyə zərbə vurub... Elə mövcud iqtidara da. Tək bir hadisə deyil ki... Avto-xuliqanlıq edəndə saxlanan oğlu üçün boynunu kabinetlərdə bükən hər halda, bir başqası olmayıb, hörmətli Elton müəllim olub. İndi də Allahı, kitabı unudub, əliqabarlı zəhmətkeş İlqar kişinin oğlu olan Fərahimə qarşı oğlunun həyata keçirtdiyi sui-qəsdi ört-basdır etməklə məşğuldur. Ayıb deyilmi, bunu Allah götürərmi? Xalqın, millətin pulunu talayıb, harınlayıblar, üstəlik, məni də utanmadan dilinə dolayır. Sən hansı üzlə mənə zəng edəcəksən, hörmətli Elton Məmmədov? Nə deyəcəksən? Bu günlərə düşməyinin də iqtidara-müxalifətə, siyasətə nə dəxli var? Bütün ölkə sənin oğlundan danışır, gündəmdən düşmürsünüz. Kampaniyaya nə gərək var? Oğlanlarının etdiyi gerçəyin 10 faizi yazılsa, bəs edir. Uşaqlarınıza tərbiyə verin də. Özünüzü də, təmsil etdiyiniz iqtidarı da bu kimi gənclər biabır edir, gözdən salır. O, məlum avto-xuliqanlıq videosunu da mən tərtib etmişdim? Utanmadan inkar etdiniz, amma sonra susdunuz, gedib oğlunuzun həbs olunan maşınını cərimə meydançasından çıxartmaq üçün min oyundan çıxdınz. İqtidara, dövlətə sizin və tayfanızın zərərdən başqa bir qəpiklik faydası yoxdur. Tam əksinə, ölkəni, onun yollarını dartıb yeyir, dövlət büdcəsini sökürsünüz. Üstəlik, siyasi terror sifariş edib, iqtidarı, dövləti gözdən salırsınız. Sizin kimilər vəzifədən, dövlətdən nə qədər tez uzaqlaşdırılsalar, o qədər çox fayda olar. İnanıram ki, yaxın vaxtlarda iqtidar bu ziyanverici tayfanı özündən uzaqlaşdıracaq".

Tarix
2014.05.17 / 01:24
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi

Türkiyə Ermənistanla sərhədi açmağa tələsir - Səbəb

Erməni riyakarlığı: xəritəni bu cür saxtalaşdırıblar - Foto

Ceyhun Bayramov Tailanda getdi

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

Ceyhun Bayramovdan İran-ABŞ atəşkəsinə reaksiya

Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı - Foto

Mixail Zabelin yenə Rus İcmasının sədri seçildi

Xaricdə gizlənənlər üçün son: Bundan qaça bilməyəcəklər!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla