Yuxarı

Arif Paşadan ANS-ə ittiham: “Mənim çəkildiyim kadrlar hanı?” - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arif Paşadan ANS-ə ittiham: “Mənim çəkildiyim kadrlar hanı?” - Video

Keçmiş döyüşçü, əslən Laçın rayonundan olan Arif Paşa ANS telekanalına müraciət edib.

Feysbuk sosial şəbəkəsi vasitəsiylə etdiyi müraciətində Arif Paşa Milli Qəhrəman Çingiz Mustafayevin çəkdiyi kadrlarda onun çıxışının efirə verilməməsindən narazılığını bildirib:

"Hörmətli ANS-çilər!

Sizin Laçının işğalı ilə əlaqədar göstərdiyiniz, şəhid Milli Qəhrəmanımız Çingiz Mustafayevin çəkdiyi kadrlarda gördüyünüz qüvvələr Laçına şəxsən mənim tərəfimdən geri qaytarılıb. Orada olan əsgərlərin düzülüb oxumasından tutmuş geri qaytarılan BÜTÜN QÜVVƏLƏRİN (!!!) bölünüb istiqamətlər üzrə yerləşdirilməsinə qədər, hər bir fəaliyyəti şəxsən mən təşkil etmişəm. Kadrlarda görünən, hal-hazırda da prokurorluq orqanlarında işləyən Tarverdiyev Telman Eliş oğlu və ədliyyə sistemində işləyən Quliyev Nizami Cavanşir oğlunu da müxtəlif tapşırıqlarla, müxtəlif istiqamətlərə mən göndərmişəm. Kadrda görünən sabiq icra başçısı, rəhmətlik Cabbarov Zakir Cabbar oğlu mənimlə eyni maşında idi. Əsgərlərə komanda verən qərargah rəisi Nağıyev Rafiq Heydər oğlu mənim göstərişlərimi yerinə yetirir. Mənim xidməti UAZ-ım kadrdadır. Mənim sürücüm orada görünür. Bütün prosesləri qaydasına salan mən isə yoxam...

Əvəzində isə sanki həmişə kadrda görünüb "qəhrəmanlar və qaçanlar haqqında moizələr" edən eyni şəxsin sözlərinin təsdiqini tapması üçün – mən görünmürəm. Bu ssenari, bu sözlərin nə üçün deyilməsi və nəyə xidmət etməsi bizə bəllidir və bu barədə burada danışmağa lüzum görmürəm... Amma dediyim bütün proseslər Ç.Mustafayev tərəfindən çəkilmişdi və mən ərazini tərk edən qüvvələr qarşısında çıxış edərkən, o, mənim dediyim sözlərin təsirindən ağlaya-ağlaya çəkiliş aparırdı! O kadrlar yoxdur! Mənim olduğum bütün kadrlar lentdən götürülüb" /Mia.az/.

Xatırladaq ki, Milli Qəhrəman Çingiz Mustafayevin 1992-ci il mayın 16-da özünümüdafiə batalyonlarının Laçını necə tərk etməsi, o vaxta qədər Laçına ermənilərin hücum etməməsinə və bir güllə də atmamasına baxmayaraq, əhalinin və ağır texnikanın çıxarılmasını əks etdirən görüntülər bu gün bir daha yayımlanıb.

Videonu təkrar təqdim edirik:

Tarix
2014.05.18 / 21:32
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda 4 günlük iş həftəsi... - Detallar

Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib

İsrailin Azərbaycan bayrağı yanlışına İranın erməni cavabı

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

İliyana Yotova Bakıya gəlir

Türk dünyası üçün də mühüm çağırışlar... - Deputat

WUF13 bunun üçün həlledici məqam olacaq

Prezident Anaklaudia Rossbaxı qəbul etdi - Foto

Gələn ay Bakıda mühüm tədbir keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla