Yuxarı

“Azərenerji”dən sədrin 2 milyonluq villasına – Reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərenerji”dən sədrin 2 milyonluq villasına – Reaksiya

"Bu məsələ sədr Etibar Pirverdiyevin iş fəaliyyəti ilə bağlı deyil, birbaşa şəxsi məsələdir. Şəxsi sualları mən cavablandıra bilmərəm".

Bu sözləri "Axar.az"a "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Mətbuat xidmətinin rəhbəri Fəridə Behbudova Etibar Pirverdiyevin iş adamı Elbrus Məmmədov adlı şəxslə arasında yaşanan mülk davasından danışarkən bildirdi.

F.Behbudova qeyd etdi ki, o, bu haqda məlumatsızdır:

"Mən "Azərenerji"i ilə bağlı sualları cavablandırıram. Bu suala isə şəxsin özü cavab verə bilər".

Qeyd edək ki, iş adamı Elbrus Məmmədov "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevin onu aldatdığını iddia edir. Məlumata görə, E.Məmmədova məxsus Bakı şəhəri, Nərimanov rayonunun Rəhim Məmmədov ünvanında yerləşən 4 mərtəbəli mülk 2011-ci ildə E.Pirverdiyevə satılıb. Alğı-satqı müqaviləsinə əsasən, satan tərəf E.Məmmədov, alan tərəf isə "Azərenerji" ASC sədrinin həyat yoldaşı Pərvanə Pirverdiyeva olub.

Ümumi razılaşmaya əsasən, villanın dəyəri əşyaları ilə birlikdə 2 milyon 400 min manata razılaşdırılıb. İlkin məbləğ kimi satan tərəfə 2 milyon 300 min manat vəsait verilib. E.Pirverdiyev pulun qalanını sonra verəcəyini bildirsə də, villanı satan E.Məmmədovun iddialarına görə, yerdə qalan 100 min manat indiyə qədər ödənilməyib.

Qeyd edək ki, bu gün sözügedən villanın fotoları da yayılıb. "Azərenerji" sədri E.Pirverdiyev bu qədər bahalı villanın alınması və arada yaranan 100 minlik mübahisə ilə bağlı qarşı tərəfin iddialarına hələ də cavab verməyib.

Tarix
2014.05.19 / 12:24
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla