Yuxarı

Elton Məmmədov Rauf Arifoğlu ilə görüşüb? - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elton Məmmədov Rauf Arifoğlu ilə görüşüb? - Açıqlama

"Rauf Arifoğlu və ya onun rəhbəri olduğu "Yeni Müsavat" qəzetilə dil tapmaq, yaxud hansısa razılaşma əldə etməklə bağlı qardaşım Ziya Məmmədov mənə heç bir göstəriş verməyib. Belə bir göstəriş ola da bilməz".

Bunu millət vəkili Elton Məmmədov mətbuatda barəsində yazılanlara münasibət bildirərkən qeyd edib. Bəzi informasiya saytlarında yer alan məlumata görə, nəqliyyat naziri Ziya Məmmədov "Yeni Müsavat" və digər mətbu orqanlarda barələrində tənqidi məqalələrin bir daha yazılmaması üçün qardaşı, millət vəkili Elton Məmmədova göstəriş verib.

Mətbuatda yayılan xəbərlərə görə, Ziya Məmmədov Rauf Arifoğluya görə qardaşına qəzəblənib: "Ziya Məmmədov və onun yaxın ətrafı ilə "Yeni Müsavat" qəzeti arasındakı gərginlik davam etməkdədir. Məlumat üçün bildirək ki, adıçəkilən qəzetin əməkdaşı Fərahim İlqaroğlunun döyülmə sifarişinin məhz Məmmədovlardan gəlməsi versiyası populyarlıq qazandıqdan sonra tərəflər arasındakı münasibətlər az qala düşmənçilik səviyyəsinə qədər gəlib çatıb.

Mənbənin sözlərinə görə, ilk günlər baş verənlərə açıq şəkildə müdaxilə etmək istəməyən Ziya Məmmədov artıq ciddi şəkildə narahatdır və qardaşı Elton Məmmədova "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə "dil tapmağı" tapşırıb. Tərəflər arasında ilk görüşün baş tutduğunu söyləyən mənbəmiz bildirir ki, həmin görüşdə onlar hansısa razılığa gələ bilməyib. Növbəti görüşün isə may ayının 21-də reallaşacağı gözlənilir".

E.Məmmədov bildirdi ki, o, Rauf Arifoğlu ilə görüşməyib, belə bir niyyəti də yoxdur: "Həmin qəzetdə yazılanlarla bağlı heç bir addım atmaq fikrim yoxdur. Mövqeyimi keçən dəfə sizin sayta bildirmişəm. Qoy, yazsınlar. Amma insafla, qərəzsiz yazsınlar". /Teleqraf.com/

Tarix
2014.05.20 / 18:05
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Sisini təbrik etdi

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Berlində təxribat cəhdi: Hədəf Azərbaycan idi!

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla