Yuxarı

Millət vəkili Moldova baş naziri ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

AŞPA-da çıxış edən Moldovanın Baş naziri Pavel Filiplə millət vəkili Qənirə Paşayevanın görüşü olub.

Axar.az xəbər verir ki, görüş zamanı ölkələrimiz arasında genişlənən əməkdaşlıqla bağlı Q.Paşayevanın fikirlərini dəstəkləyən baş nazir bu əməkdaşlığın daha da inkişaf edəcəyini bildirib.

Qazaxıstan nümayəndə heyəti ilə görüşdə isə Qənirə Paşayeva Azərbaycan-Qazaxıstan münasibətlərinin son illər daha yüksək səviyyədə inkişafını sevindirici hadisə olaraq qiymətləndirib. Ölkələrimizin rəhbərləri İlham Əliyev və Nursultan Nazarbayev arasında olan yüksək dostluq münasibətlərinin ölkələrimizin daha da yaxınlaşmasına müsbət təsir göstərdiyindən, görülən önəmli işlər və layihələrdən danışan millət vəkili Qənirə Paşayeva Azərbaycan parlamentinin də Qazaxıstanla əlaqələrin və dostluğun inkişafına böyük önəm verdiyini, parlamentlərarası əməkdaşlığın daha da genişləndiyini və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmnuniyyət yaratdığını deyib.

Qazaxıstanın AŞPA-da müşahidəçilik statusu almasında Azərbaycanın dəstəyini hər zaman xatırladıqlarını deyən Qazaxıstan nümayəndə heyətinin üzvləri iki qardaş ölkə olan Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin bütün istiqamətlərdə yüksək səviyyədə olmasını və bu əməkdaşlığın daha da artacağına inandıqlarını deyiblər.

Tarix
2017.06.27 / 16:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla